ABŞ Misirlə hərbi əməkdaşlığı yenilədi
Bizi izləyin

Dünya

ABŞ Misirlə hərbi əməkdaşlığı yenilədi

ABŞ “Apaç” hərbi vertolyotların Misirə çatdırılmasını yeniləyəcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Alya Yusef prezident Abdel Fəttah əl-Sisinin ABŞ dövlət katibi Con Kerri ilə görüşündən sonra bildirib.

Xatırladaq ki, ABŞ Məhəmməd Mursinin Abdel Fəttah əl-Sisi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra “Apaç” hərbi vertolyotların Misirə çatdırılmasını dayandırmışdı.

A.Yusefin sözlərinə görə, ABŞ dövlət katibi ölkəsinin Misirdə keçirilən islahatlara, xüsusən iqtisadiyyat sahəsində həyata keçirilən islahatlara dəstəyini ifadə edib.

ABŞ hər il Misirə ayırdığı təxminən 1,5 milyardlı hərbi yardımı 2013-cü il hakimiyyət çevrilişindən sonra dondurmuşdu. ABŞ Misir ordusu tərəfindən Sinay yarımadasının şimalında ekstremist qruplaşmalara qarşı istifadə edilməsi üçün nəzərdə tutulan 10 "Apaç" vertolyotunun Misirə çatdırılmasını 2013-cü ilin oktyabrında ləğv edib. Bu ilin iyununda isə Vaşinqton Misirə hərbi yardımın verilməsini bərpa etməyə qərar verib. Amma bu yardımın həcmi əvvəllər olduğu kimi 1,5 milyard dollar deyil, illik 572 milyon dollar olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm