• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

AİHM-dən kritik Öcalan qərarı

  • Dünya
  • 14 Oktyabr 2014 01:59
  • 531 Baxış
AİHM-dən kritik Öcalan qərarı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyənin İmralı adasında həbsxanada olan PKK lideri Abdullah Öcalan haqqındakı iddianın yenidən müzakirəsi ilə bağlı edilən müraciətləri geri çevirib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, AİHM bu ilin mart ayında açıqladığı Abdullah Öcalan qərarı üçün Türkiyə hökuməti və PKK liderinin vəkilləri tərəfindən müxtəlif səbəblərlə bağlı etdiyi şikayətləri rədd edib.

Məhkəmə apelyasiya tələblərinin rədd edilməsinin səbəblərini göstərməyib.

Xatırladaq ki, məhkəmənin bu ilin mart ayında qəbul etdiyi qərarda Avropa İnsan Haqları razılaşmasının maddələrindən birinin pozulduğu qeyd edilib. AİHM razılaşmanın qeyri-insani və təhqiredici münasibətdən bəhs edən maddəsi ilə bağlı Türkiyənin bəzi məqamları pozduğu, bəzilərinə isə riayət etdiyi açıqlanıb.

Qərarın "zərər" başlıqlı qismində Öcalan ona dəyən maddi və mənəvi ziyanla əlaqədar olaraq heç bir tələb irəli sürmədiyi qeyd edilib.

Məhkəmə hakimləri Öcalanın şərti olaraq azadlığa buraxılmasını və ömürlük həbsə məhkum edilməsi ilə bağlı qərarı qanun pozuntusu kimi qiymətləndirib. Qərarda Öcalanın şərti azadlığa buraxılmasının vacibliyi də əks olunub.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR