Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib
Bizi izləyin

Dünya

Avropa Parlamenti Ukrayna ilə bağlı qətnamə qəbul edib

Avroparlamentarilər repressiyalara dəstək verən dövlət qulluqçuları, deputatlar və oliqarxlara qarşı “təxirəsalınmaz tədbirlər” görməyə çağırırlar.

Avroparlamentarilər repressiyalara dəstək verən dövlət qulluqçuları, deputatlar və oliqarxlara qarşı “təxirəsalınmaz tədbirlər” görməyə çağırırlar.

Sanksiyalara Aİ ərazisinə gələ bilməmə və hesabların dondurulması daxildir. Bu sanksiyalar artıq Suriya rəhbər işçilərinə tətbiq olunub. Avropa Liberallarının lideri Gi Verhofştadt (Guy Verhofstadt) bildirib ki, məsələ Aİ-nin “öz tüfəngini doldurması”ndadır. “Tüfəngi doldurandan sonra, Yanukoviç demokratiya və insan hüquqları qaydalarını pozduğu halda ondan istifadəyə hazır olmalıyıq”, Verhofştadt deyib. Bununla belə, onun sözlərinə görə, bütün ukraynalılara aid olacaq sanksiyalardan çəkinmək lazımdır.

“Le Figaro” xəbər verir ki, eyni anda, Brüsseldə Aİ diplomatiyasının rəhbəri Ketrin Eştonun (Catherine Ashton) mətbuat katibi təmsil etdiyi qurumun bu gün üçün sanksiya strategiyasının olmadığını bəyan edib. Maya Kosinyançiç bildirib ki, “vəziyyəti yaxından izləyirik. Durum pisləşməkdə davam edərsə tədbirlər barədə düşünə bilərik. Hələlik fikrimizi diplomatik səylərə cəmləmişik və strategiyamız sanksiyalar deyil, dialoq üzərində qurulub”.

Qeyd edək ki, ötən həftə Ukrayna prezidentinin baş nazir və nazirlər kabinetini istefaya göndərməsindən sonra, Şərq və Qərb Viktor Yanukoviçə hər növ dəstək vədləri və sanksiya təhdidlərini sıralayır. Bundan başqa, bu gün yayılan xəbərlərə görə noyabrın əvvəlindən başlayan etiraz aksiyalarının nəticəsində, Ukrayna qrivnasının dəyəri 10 faiz ucuzlaşaraq son beş il ərzində ən aşağı həddə çatıb. /Eunews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm