Dünya
Türkiyə PKK-nı bombaladı
Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK sipərlərini bombalayıb.
Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Türkiyədə Kobani etirazlarından sonra sui-qəsd, silahlı terror aktı törədən və hüquq mühafizə orqanlarına hücum edən PKK terror təşkilatının üzvlərinin yerləşdiyi hədəflər türk silahlı qüvvələrinə (TSQ) aid qırıcılar tərəfindən vurulub.
Qırıcılar bomba yağdırdı
Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK sipərlərinə bomba yağdırıb.
Dağlıca polis bölməsi üç gündür PKK terror təşkilatının üzvlərinin raket hücumlarına məruz qalıb. Əsgərlərinin qarşılıq verməsinə rəğmən, PKK ondan sonra da (dünən yerli vaxtla saat 14:00 və 15:00 radələri – red.) hücuma keçib.
Məhz bundan sonra Ali Baş Qərargah hərəkətə keçərək Hərbi Hava Qüvvələrinə aid qırıcılara bombardman əmri verib. Baş nazir Əhməd Davudoğlunun da xəbərdar olduğu əməliyyat çərçivəsində Malatya və Diyarbəkirdən havaya qalxan F-16 və F-4 qırıcıları Dağlıcada PKK-ya aid bir çox hədəfi məhv edib.
PKK-ya ciddi ziyan dəyib
Hava əməliyyatlarından PKK terror təşkilatına ciddi ziyan dəydiyi qeyd edilib.
Sülh prosesinin başlamasından indiyədək PKK-ya qarşı irimiqyaslı hava hücumunun təşkil edilməsi diqqətlərdən yayınmayıb.
Vüsal Tağı
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO