• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

100 fransız qadın İŞİD-ə qoşuldu - Avropa ŞOKDA

  • Dünya
  • 14 Oktyabr 2014 13:13
  • 1 580 Baxış
100 fransız qadın İŞİD-ə qoşuldu - Avropa ŞOKDA

100 qız Fransadan Suriyaya gedərək İŞİD-ə qoşulub. Aralarında bir yəhudi qızın da olduğu qrup Avropada günün mövzusuna çevrilib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Avropa ölkələri İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatına vətəndaşlarının qoşulmasını dayandırmaq üçün tədbir gördüyü bir zamanda Fransadan şok xəbər gəlib. 100-ə yaxın fransız qızın Suriyaya gedib İŞİD-ə qoşulduğu iddia edilib.

17 yaşlı Sahara isə bunlardan yalnız biridir.

Dayəlik etdi...

Saharanın cins şalvarlarını çıxarıb çadraya büründüyü və qatara mindiyi zaman yaxalandığı bildirilir.

15 yaşlı Noranın isə İŞİD-çi terrorçulardan hərbi təlim aldığı bildirilib. Hər iki qız Suriyaya Türkiyədən keçib. Fransa hökuməti İŞİD-ə qatılan 300 gənc qızdan birinin isə yəhudi olduğunu qeyd edib.

Gözəl döyüşçü

Fransız qızlarının Suriya və İraqdakı bütün cəbhələrdə döyüşdüyü məlum olub. İŞİD-ə qatılan qızları arasında Tunis və Əlcəzair əsillilər kimi, fransız əsilli qızların da olduğu deyilib. Digər tərəfdən də, Almaniyadan 140, İngiltərədən isə 100-dən çox gənc qız İŞİD-ə qoşulub. Aralarında Almaniya Gözəllik Yarışmasının üçüncüsü olan qızla bir ingilis rokçusunun da olduğu çoxlu sayda qadının İŞİD-ə qatıldığı bildirilib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR