• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyəli yazar: “Ankara İŞİD-ə göz yumdu”

  • Dünya
  • 14 Oktyabr 2014 13:39
  • 472 Baxış
Türkiyəli yazar: “Ankara İŞİD-ə göz yumdu”

Orta Şərqdə partlayan bombanın qəlpələri artıq Türkiyəyə də əks olunur. Suriya və İraqın böyük ərazisinə nəzarəti edən İŞİD terror qruplaşması artıq Türkiyə sərhədlərindədir. PKK isə Ankaranı yeni vətəndaş müharibəsi ilə təhdid edir.

Publika.az-ın verdiyi xəbərə görə, türkiyəli yazar, 40-50 ildir ki, Orta Şərq problemlərini araşdıran Çingiz Candar Orta Şərqin hazırkı mənzərəsi, strateji maraqlar və regionu gələcəyi barədə “Aksiyon” jurnalına müsahibə verib.

Türkiyəli yazar hesab edir ki, Orta Şərqin bugünkü qırılma nöqtəsi Amerikanın İraqı işğal etdiyi 2003-cü il oldu. O, bölgədə tarixin yenidən yazıldığını bildirib.

Çingiz Candar jurnal əməkdaşının “Buradan hara gedirik” sualına isə isə bu şəkildə cavab verib: “Onu dəqiq bilmirik. Orta Şərqin bugünkü mənzərəsi 2003-cü ildəki mənzərədən çox fərqlidir. Sərhədlər olduğu kimi qalsa belə, bu sərhədlərin içindən yeni sərhədlər ortaya çıxacaq. Beynəlxalq birlik tərəfindən tanınmış, BMT-də yeni bir ölkə olaraq kreslosunun olması şərt deyil. Tam olaraq necə bir mənzərənin ortaya çıxacağını bilən varmı? Hesab etmirəm. Birinci Dünya müharibəsindən sonra oturdulan, İkinci Dünya müharibəsindən sonra İsraillin gücləndirildiyi bir Orta Şərq ortaya çıxdı. Amma başqa bir nizamın əsası hələ qoyulmayıb”.

Türkiyəli yazar ABŞ-da şist qazı və neftin hasilatının artmasından sonra Vaşinqtonun Orta Şərqə diqqətinin azalacağını düşünür. O, həmçinin İraq işğalının da sırf enerji ehtiyatları ilə bağlı olmadığını qeyd edir: “Şist qazı və nefti Orta Şərqdə bir çox şeyə təsir edəcək. Amerikanın marağı azalacaq. Obamanın bu bölgədə Amerikanın quru qoşunlarından istifadə edilməyəcəyi barədə siyasəti özündən əvvəlki Buş dövrünə bir reaksiyamı? Bəli. Yalnız Buşa reaksiyamı? Xeyr. Bu, eyni zamanda, Amerika üçün bir keçid dövrüdür. Amerika üçün hazırda Şərqi Asiya və Cənub-şərqi Asiya Orta Şərqdən daha əhəmiyyətlidir. Afrika daha əhəmiyyətlidir. ABŞ hazırda neft istehsalını bir neçə il əvvəlki dövrlə müqayisədə 30, təbii qaz istehsalını isə 60 faiz artırıb. Neft hasilatında Səudiyyə Ərəbistanı, qaz hasilatında isə Rusiyaya çatıb. Amerikanın Orta Şərqin neftinə ehtiyacı yoxdur. Amerika 2-3 il ərzində ixracatçı mövqeyinə gələcək. Amerika bir nömrəli müttəfiqi Qərbi Avropanı rus qazı və Orta Şərq nefti asılılığından xilas edə bilər. Amerika Orta Şərqin neftinə tamamilə maraqsız deyil. İraq işğalında neftin təsiri şübhəsiz ki, var amma işğalın sırf neftlə bağlı olduğunu demək olmaz. Amerikanın İraq neftinə ehtiyacı da yoxdur. Ehtiyacı olsaydı, hazırda İraq neftini sovurardı. Amma Amerika dünyalar qədər pul xərclədi, etibar və insanını itirdi. İraq işğalına başqa izahlar tapmaq lazımdır”.

Çingiz Candar Türkiyənin İŞİD-ə dəstək verdiyi barədə iddiaları da dəyərləndirib. O, Ankaranın ən azından İŞİD-ə göz yumduğunu dilə gətirib: “Yəni, gələrkən başını o biri tərəfə çevirdi, qarşısından keçərkən fit çalıb göyə baxdı, görməməzlikdən gəldi. Göz yummasının bir səbəbi Əsəddir. Digəri isə bu hökumətin antikürd zehniyyətidir. Siyasi baxımdan söyləyirəm, cəmiyyət ya da fərd baxımdan deyil. Suriyada Türkiyə sərhədi ilə bitişik bölgələrdə PYD-nin nəzarətində kürd özünüidarə bölgələri yarandı. İraqda onsuz da yarı müstəqil kürd bölgəsi var”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR