Putindən qaçan iqtisadçı: “O, seçim arasında qalsa, Krımı seçəcək”
Bizi izləyin

Dünya

Putindən qaçan iqtisadçı: “O, seçim arasında qalsa, Krımı seçəcək”

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (KQB) keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevin sahibi olduğu “The İndependent" qəzeti rus iqtisadiyyatının yaxınlaşan iflasından yazıb.

Publika.az-ın verdiyi xəbərə görə, qəzet yazır ki, Moskva və Qərb arasındakı münaqişənin istisi investorları Rusiyadan qaçmağa məcbur edir.

“Rusiya ərzaq qiymətlər artır. Avropalılaşdırılan rus “elita”sı ölkədə iqtisadi təsərrüfatsızlığın gözlənilən ağır nəticələrindən ehtiyat edir. Hansı ki, oxşar səbəblər Sovet İttifaqını dağıtdı. Qərbin sanksiyaları ən böyük rus şirkətlərinin beynəlxalq maliyyə kanallarını kəsdi. Rusiya şirkətləri üçün energetika sektorunda istifadə olunan kritik əhəmiyyətli texnologiya əlçatmaz olub”, - deyə ingilis qəzeti yazır.

“The İndependent" xaricə gedən turistlərin sayının kəskin azalması nəticəsində onlarla turizm şirkətinin müflis olduğunu qeyd edir.

“Yalnız bu ilin ilk altı ayı ərzində investorlar Rusiyadan 75 milyard dollar çıxarıb. Rusiya “Əmanət bankı”nın keçmiş başçısı German Qref Moskvada bu ay keçirilən iqtisadi konfransda bildirdi ki, Sovet İttifaqı sovet rəhbərliyinin silkələyən səriştəsizliyinə görə dağıldı. Onlar iqtisadiyyatın inkişafı qanunlarına hörmət etmirdilər”, - deyə ingilis nəşri yazıb.

Bəzi analitiklər hesab edirlər ki, yeni iqtisadi reallıq Kreml başçısı Putini Ukrayna ilə bağlı daha mülayim siyasət yürütməyə məcbur edə bilər: “Çünki məhz bu məsələ Qərblə münaqişədə əsas yer tutur. Dövlət Dumasının müxalifətçi deputatı Rıjkovun fikrincə, Putinin ritorikası dörd ay əvvəlki dövrlə müqayisədə daha yumşaqdır”.

Mühacirətdə yaşayan rusiyalı iqtisadçı Quriyevin fikrincə, xarici investorlar üçün Rusiyanın cazibədarlığı həmişəlik məhv olub. “İnvestorlar anladılar ki, Putin üçün iqtisadiyyatın inkişafı prioritet deyil. Əgər Putin Krımla iqtisadiyyat arasında seçim etməli olsa, o Krımı seçəcək", - deyə Rusiyadan qaçan iqtisadçı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm