ABŞ-dan etiraf: “İŞİD-ə qarşı hava hücumları uğursuzdur”
Bizi izləyin

Dünya

ABŞ-dan etiraf: “İŞİD-ə qarşı hava hücumları uğursuzdur”

ABŞ Ali Baş Qərargah rəisi Martin Dempsey, İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan ABŞ qırıcılarının hava hücumlarının uğursuz olduğunu etiraf etdi.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın İŞİD-in əvvəlcə gücsüzləşdirilib, daha sonra məhv edilməsi üçün bel bağladığı ABŞ koalisiya ölkələrinin hava hücumlarının İraq və Suriyada terror aktları törədən, İraqın paytaxtı Bağdada, Türkiyə ilə Suriya sərhədindəki Kobani bölgəsini tamamilə nəzarət etməyə çalışan İŞİD-ə qarşı təsirli olmadığı ortaya çıxıb.

Harada və necə manevri edəcəklərini yaxşı bilirlər

ABŞ-da yayımlanan “ABC” televiziya kanalında “This Week” (“Bu həftə”) proqramında Martha Raddatzın suallarına cavab verən ABŞ Ali Baş Qərargah rəisi Martin Dempsey deyib: “Bombardman başlayan gündən indiyənədək İŞİD taktika dəyişdirməyə davam edir. Hədəflərin təyin edilməsinə mane olur. Hesabatlara görə, qırıcılardan sadəcə 10%-i bomba atır”.
Aparıcının “hədəfləri tapmaq daha da çətinləşib?” sualına o, “Bəli, elədr. Ancaq nə dərəcədə dəqiqdir, bilmirəm. Onları hədəfə almaq çox çətindir. İctimaiyyətdən necə istifadə edəcəklərini çox yaxşı bilirlər. Amma bir hədəf tapan kimi yox edəcəyik” deyə cavab verib.

Niyə dayandırıla bilmir?

ABŞ Ali Baş Qərargah rəisi Dempseyin etiraflarını İŞİD-in İraq və Suriyada nə üçün dayandırılmadığının açıqlaması kimi başa düşmək olar.

Dempsey İraqın qərbindəki sünni əhalinin çox olduğu bölgələri ələ keçirən və şimalda kürd (İraq Kürd Regional Rəhbərliyini nəzərdə tutur – red.) hakimiyyətini təhdid edən İŞİD-in paytaxt Bağdada çox yaxınlaşdığını da deyib. ABŞ Ali Baş Qərargah rəisi Martin Dempsey İŞİD-in Bağdad hava limanını hədəfə götürdüyünü bildirərək deyib: “Hava limanının 20-25 kilometr yaxınlığına qədər gəlmişdilər və İraq hərbi birliklərini dəf edə bilsələr, hava limanına çatacaqlar. O hava limanına ehtiyacımız var, bunu onların əlinə verə bilməzdik”.

Qırıcıların hər gördüyü hədəfi bura bilmədiklərini qeyd edən Dempsey əsasən “Apaçi” hərbi helikopterlərindən istifadə etdiklərini qeyd edib.

Bağdada mütləq hücum edəcəklər

İŞİD-in bu yaxınlarda Bağdadı ələ keçirmək üçün cəhdlərinə davam edəcək. Hər halda, Dempseyin buna şübhəsi yoxdur.
Ali Baş Qərargah rəisi yaraqlıların planının Bağdadın mərkəzinə doğru tək və geniş hücum etməkdənsə, ətraf küçələrə yavaşca sızacaqlarını deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm