Çin-Rusiya: Antiqərb ittifaqı və yoxsa tarixi ziddiyyətlər qalib gələcək?
Bizi izləyin

Dünya

Çin-Rusiya: Antiqərb ittifaqı və yoxsa tarixi ziddiyyətlər qalib gələcək?

Rusiya ilə sərhəddə yerləşən Çinin Mançjuriya şəhəri sürətlə inkişaf edir. Şəhər Rusiya xammalını udur və öz istehlak mallarını qarşı tərəfə ixrac edir. Ancaq qarşılıqlı etibarsızlıq əvvəlki kimi qalsa da, şəhər ikitərəfli əlaqələrin inkişafından böyük gəlirlərə ümid edir.

Rusiyada səfərdə olan Cinin baş naziri Li Keqiang rus həmkarı Dmitri Medvedevlə danışıqlardan sonra ticarət, energetika və maliyyə sferalarını əhatə edən 38 razılaşma imzaladı. Razılaşmalar həmçinin 150 milyard yuanın (15 milyard funt sterlinq) Rusiya bazarında dövriyyəsini nəzərdə tutur. Ukrayna böhranından sonra sonra Qərb Rusiyaya qarşı artıq nəticələri hiss olunan sanksiyalar tətbiq etdi. Moskva Qərbin yerini Çinlə doldurmaq istəyir. Çin isə özünün şimal-şərq əyalətlərinin iqtisadiyyatını qaldırmağa və beynəlxalq səhnədə özünü təsdiqləməyə çalışır.

Avropanın Rusiya qazından imtina edəcəyi ilə bağlı xəbərdarlıqları fonunda may ayında iki ölkə arasında təxminən 400 milyard dollar ümumi dəyəri olan və 30 illiyə nəzərdə tutulan qaz müqaviləsi imzalandı. Sidney Universitetinin Amerika tədqiqatları mərkəzində işləyən Linda Djekobson bildirir ki, imzalanan bu saziş iki ölkənin bir-birinə ehtiyacının olmasının göstəricisidir. “Düşünürəm ki, yaxın vaxtlarda biz belə sıx əməkdaşlığın yeni nümunələrini görəcəyik”, - deyə professor bildirib.

Ancaq Djekobsan və digər analitiklər uzunmüddətli perspektivdə iki ölkənin əməkdaşlığında bir sıra problemlərin yaranacağını bildirirlər. Məsələn yüzilliklərlə tarixi olan qarşılıqlı etibarsızlıq və ölkələrin fərqlənən geostrateji prioritetlər kimi. Qeyd olunur ki, dövlətlər arasında bu yaxınlaşma çox səthidir.

“People's Daily”nin xəbərə görə, 2013-cü ildə ikitərəfli ticarətin həcmi 89 milyard dollar olub. Qəzet qeyd edir ki, iki ölkə bu göstəricini 2015-ci ildə 100, 2020-ci ildə isə 200 milyard dollara qədər çatdırmağı planlaşdırır. 2014-cü ilin birinci yarısında əmtəə dövriyyəsi 3,3 faiz artıb.

Keçən il Rusiya Mançjuriya vasitəsilə Çinə 10 milyon kubmetr ağac ixrac edib. Çin isə öz növbəsində dən, toxuculuq məmulatları və başqa malları Rusiyaya satıb. Amma Çinin planları daha böyükdür. Çin Mançjuriya vasitəsilə Polşaya ölkənin cənubunda yerləşən sənaye rayonlarından dəmir yolu ilə yükdaşınmaları genişləndirmək istəyir. Bundan başqa, orada üç milyard yuana azad ticarət zonası yaradılır. Bu rusiyalılara Çinə vizalarsız gəlməyə və burada bir aya qədər qalmağa icazə verəcək.

Ancaq mancur mağazalarının sahibləri Rusiya iqtisadiyyatının enişini göstərərək bu ildə rus alıcıların sayının gözəçarpan azalmasından şikayətlənir.

Uzaq Şərq Rusiyanın ərazisinin təxminən üçdə birini tutur, ancaq orada cəmi altı milyon insan yaşayır. Və Uzaq Şərqlə qonşuluqda yerləşən Çinin üç əyalətində 110 milyon insan yaşayır. Elə Rusiyanı qorxudan da budur.

Rusiya üzrə çinli ekspert, Pekin Pedaqoji Universitetində işləyən Li Xing hesab edir ki, böyük dövlətlərin arasında tamamilə qarşılıqlı etibar ola bilməz. “Amma bu heç də fundamental problemlərin mövcudluğunu göstərmir. Bu normaldır, ikitərəfli münasibətlərdə müxtəlif maraqlar mövcuddur”, - deyə çinli ekspert vurğulayıb.

Djekobson güman edir ki, iki ölkə arasında problemlər burada çox dərindədir. “Hərçənd hər iki dövlət nüfuzludur. Bundan başqa, Yaponiya və ABŞ Çinin xoşuna gəlməyə bilər. Amma Çinin uğurları onlarla bağlıdır. Çinin bir çox analitikləri suala sualla cavab verirlər: Biz Rusiyadan nə öyrənə bilərik?”, - deyə Djekobson bildirir.

Pekin hesab edir ki, Rusiya imperiyası onun zəifləməsindən istifadə edərək Çini “bərabərhüquqlu olmayan” müqavilələr imzalamağa məcbur edib. Söhbət 1858-ci ildəki Ayqunsko və 1960-cı ildəki Pekin müqaviləsindən gedir. Rusiya-Çin sərhədi qəti olaraq 2008-ci ildə müəyyən olunub. Bununla belə Rusiya Çinin ərazi iddialarından narahat olmaqda davam edir.

Son onillikdə baş verənlər isə belə bir təəssürat yaradır ki, Çin Rusiyanın silah gücünə işğal etdiyi torpaqları iqtisadi gücü hesabına geri qaytarmaq üçün hazırladığı planları həyata keçirir. Təsadüfi deyil ki, son illər Rusiyanın Uzaq Şərq regionuna çinlilərin böyük ekspansiyası həyata keçirilir. Rusiya ilə bunu milli təhlükəsizliyi üçün təhdid kimi görür və liderlərinin bəyanatları, dövlətin atdığı addımlar bunun sübutudur. Son prezident seçkilərinə az qalmış, 2012-ci ilin fevralında Vladimir Putinin xarici siyasət mövzusundakı məruzəsində Uzaq Şərq regionun inkişafına xüsusi yer ayrılmışdı və regionun inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdı.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Rusiyanın Uzaq Şərqinə böyük miqdarda Çin işçisi gəldi. Bununla da “Çin təhlükəsi nəzəriyyəsi" yayıldı. 2010-cu ildə ümumi daxili məhsulun göstəricisi üzrə Çin Yaponiyanı keçdi və ABŞ-dan sonra dünyada ikinci yeri tutdu. Bu halda təəccüblü heç nə yoxdur ki, Rusiya özünü Çinin demoqrafik və iqtisadi gücü yanında narahat hiss edir. “Ru.net”də isə Çinin ünvanına tənqidlər və “Çin təhlükəsi nəzəriyyəsi”nin müzakirəsinə ara verilmir.

Təbii resurslara zəngin dünyanın ən böyük ölkəsi olan Rusiyanın 143 milyonluq əhalisi son illərdə azalıb. Resurslara ac olan Çin Rusiyanın qonşusudur və əhali artıq 1,3 milyarddan çoxdur. Rusiya üçün mənfi hal sayılacaq məqam isə odur ki, Çin ölkənin məhz daha az inkişaf edən Uzaq Şərq regionu ilə həmsərhəddir. Bundan isə Pekinin istifadə etməsi qaçılmaz olacaq, əgər Moskva regionun inkişafına üçün təcili tədbirlər görməsə və çinlilərin ekspansiyasına qarşı xüsusi addımlar atmasa.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm