• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Turçinov Donbasın statusu haqqında qanunu imzaladı

  • Dünya
  • 14 Oktyabr 2014 22:13
  • 501 Baxış
Turçinov Donbasın statusu haqqında qanunu imzaladı

Ali Radanın spikeri Aleksandr Turçinov Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanun imzalayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın rəsmi saytında deyilir.

Qanunu bundan sonra Ukrayna prezidenti Pyotr Poroşenko imzalamalıdır.

Xatırladaq ki, qanun bu ilin sentyabrın 16-da Ukrayna Ali Radası tərəfindən qəbul edilib. Qanuna əsasən, üç il ərzində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında xüsusi yerli özünüidarəetmə qaydaları tətbiq olunur, ərazilərdə şəhər, qəsəbə, kənd şuralarının qərarı ilə xalq milisi dəstələrinin yaradılması yer alır.

Dövlət Donetsk və Luqanskda baş vermiş hadisələrin iştirakçılarına qarşı təhdid, cinayət təqibi və inzibati cəzaların tətbiq olunmayacağına zəmanət verir.

İctimai və şəxsi həyatda, rus dili və ya istənilən başqa dilin istifadəsi hüququ tanınır, Donbas bölgəsinin sosial-iqtisadi inkişafına Ukraynanın dəstəyi vəd olunur. Sənəd Rusiya Federasiyasının inzibatı vahidləri ilə sərhədyanı saziş əsasında mehriban qonşuluq münasibətlərinin dərinləşməsini də nəzərdə tutur.

Qanunda həmçinin bu regionlarda dekabrın 7-də növbədənkənar yerli seçkilərin keçirilməsi əksini tapıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR