Ukraynalılar Putini nə qədər “sevir”? - Sorğu
Bizi izləyin

Dünya

Ukraynalılar Putini nə qədər “sevir”? - Sorğu

Ukraynada ölkə vətəndaşlarının Rusiya prezidenti Vladimir Putinə münasibəti ilə bağlı bir sorğu keçirilib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “GfK Ukraine” təşkilatının keçirdiyi sorğu Ukrayna vətəndaşlarının Kreml rəhbərinə münasibətinin yaxşı olmadığını üzə çıxarıb.

Sorğunun nəticələrinə əsasən respondentlərin 6 faizi Vladimir Putinə hörmət edirlər, 4 faiz ona şəfqət hiss edir, yalnız 3 faizi Rusiya prezidentindən qorxur. Respondentlərin 15 faizi cavab verib ki, Rusiya prezidentinə qarşı heç bir hissə malik deyil. 16-19 yaşı yaşlı gənclər və yaşı 60-dan çox insanların 47 faizi Putinə nifrət etdiyini bildirib. 20-29 yaş arası ukraynalıların 22 faizi Rusiya preizdentinə laqeyd olduğunu deyib.

Orta gəlirli ukraynalılar Putinə daha çox nifrət edirlər.

Sorğu 4-18 sentyabr tarixlərində üzbəüz müsahibə yolu ilə yaşı 16-dan çox olan 1000 nəfər arasında keçirilib. Sorğuda səhvi 3,1 faiz təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm