Rusiya qoşunu bu gecə Donetsk aeroportuna hücum edəcək – Şok iddia
Bizi izləyin

Dünya

Rusiya qoşunu bu gecə Donetsk aeroportuna hücum edəcək – Şok iddia

Rusiya desantçıları bu gecə ərzində Donetsk aeroportuna hücum edə bilər.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “OUN” könüllü batalyonunun komandiri Boris Qumenyuk bildirib. Onun sözlərinə görə, Ryazanda yerləşən 137-ci desant-hücum alayının 45-ci alayı Ukrayna ərazisinə daxil olub.

“Bizim məlumatımıza görə, Rusiya qoşunları bu gecə Donetsk aeroportuna hücum etməyə hazırlaşır. Bizə üç müxtəlif mənbədən informasiya daxil olub. Onlardan biri Rusiya ərazisində, ikinci “DXR”də, üçüncüsü isə Ukrayna xüsusi xidmət orqanlarındadır”, deyə batalyonun komandiri vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm