Kiyev Stokholm arbitraj məhkəməsinə Moskvadan şikayət etdi
Bizi izləyin

Dünya

Kiyev Stokholm arbitraj məhkəməsinə Moskvadan şikayət etdi

Ukraynanın “Naftoqaz” şirkəti Rusiya təbii qazının tranziti müqaviləsinə yenidən baxılması tələbi ilə Stokholm arbitraj məhkəməsi qarşısında iddia qaldırıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Naftoqaz” şirkətinin department rəhbəri Yuri Vitrenko bildirib.

"Naftoqaz" iddia ərizəsində mövcud müqavilənin ləğv edilməsini və Avropa Birliyinin üçüncü enerji paketinə uyğunlaşdırılmasını tələb edir. İddia ərizəsində həmçinin bildirilir ki, tranzit tarifləri Avropa normalarına uyğun olaraq hesablanmalıdır.

Bundan əvvəl isə “Naftoqaz” Stokholm arbitraj məhkəməsinə Rusiyadan çatdırılan qaz üçün ədalətli qiymətin müəyyən olunması ilə bağlı müraciət edib. İddiada həmçinin Rusiyanın “Qazprom” şirkətinə ödənilən əlavə pulun geri qaytarılması tələbi əksini patıb. Ukraynanın qiymətləndirməsinə görə, bu məbləğ 6 milyard dollar təşkil edir.

“Qazprom” isə “Naftoqaz”dan təbii qaza görə yaranan 4,4 milyard dollar borcun ödənilməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm