Krım tatarlarının yoxa çıxması Putini təəccübləndirib
Bizi izləyin

Dünya

Krım tatarlarının yoxa çıxması Putini təəccübləndirib

Rusiya prezidenti Vladimir Putin Krım tatarlarının nümayəndələrinin sıxışdırılması haqqında informasiyadan təəccübü ifadə edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya İnsan Hüquqları üzrə Prezident Şurasının üzvü Nikolay Svanidze V.Putinlə Krım tatarları barəsində söhbət edib.

N.Svanadze bildirib ki, onda Krım tatarların fərqləndirici nişanları olmayan şəxslər tərəfindən oğurlanması, eyni zamanda tatarların itməsi barədə informasiyalar var.

“Hansısa informasiyalar haqqında əlbəttə diqqətlə baxmaq lazımdır. Mən sizə təşəkkür edirəm ki, bu məsələyə diqqətə yönəltmisiniz. Mən ilk dəfə sizdən eşidirəm ki, orada insanlar yox olur, oğurlanır. Anlaşılmazdır ki, bunu kimlər və niyə edirlər? Mənə bu tamamilə anlaşılmazdır”, - deyə dövlət başçısı bildirib.

Məsələyə diqqət ayıracağını deyən Putin eyni zamanda Krım tatarları içərisindəki hüquq müdafiəçilərini öz keçmişi ilə möhtəkirlik etməməyə çağırıb. O, təəccübü ifadə edib ki, Ukrayna vətəndaşı kimi qalan hüquq müdafiəçiləri Krımda Rusiya vətəndaşlarının maraqlarını müdafiə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm