Putin “nasizm virusu” haqqında xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Putin “nasizm virusu” haqqında xəbərdarlıq etdi

“Avropada yenidən nasizm virusu dirilir. Xüsusilə, Ukraynadakı vəziyyət narahatlıq doğurur”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Serbiyanın “Politika” nəşrinə müsahibəsində bildirib.

“Təəssüf ki, Nürnberq tribunalında nasist virusu üçün hazırlanmış vaksin Avropanın bəzi dövlətlərində gücünü itirir. Latviya və digər Baltikyanı respublikalarda nasizmin təzahürləri görünür. Ukraynadakı vəziyyət narahatlıq doğurur. Burada millətçilər və radikal qruplaşmaların köməyi ilə fevralda konstitusiya əleyhinə dövlət çevrilişi oldu”, - deyə Putin vurğulayıb.

Kreml rəhbəri qeyd edib ki, buu gün əsas vəzifə nasizmin qəhrəmanlaşdırılmasına mane olmaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm