• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

SON DƏQİQƏ: Türkiyə təyyarəsində Ebola təhlükəsi

  • Dünya
  • 15 Oktyabr 2014 01:56
  • 942 Baxış
SON DƏQİQƏ: Türkiyə təyyarəsində Ebola təhlükəsi

Türk Hava Yollarının İstanbuldan İtalyanın Pisa şəhərinə uçan Airbus A320 tipli sərnişin təyyarəsi Ebola virusu təhlükəsinə görə təcili eniş edib.

Publika.az-ın verdiyi xəbərə görə, Atatürk Hava Limanından qalxan təyyarə İtalya hava məkanına daxil olarkən Bangladeş vətəndaşı olan bir xanımın və dörd yaşlı uşağının qəfildən halı pisləşib. Hər iki sərnişinin hərarəti yüksəldiyindən pilotlar təyyarəni Romadakı Leonardo da Vinçi aeraportuna endirməyə məcbur olub.

Sərniçinlər dərhal xəstəxanaya aparılıb. Xəstəxanada aparılan analizlərdən sərnişinlərin heç birində Ebolanın əlamətləri aşkarlanmayıb. Qısa yolamadan sonra təyyarə yoluna davam edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR