Obama uzunmüddətli müharibə mesajı verdi
Bizi izləyin

Dünya

Obama uzunmüddətli müharibə mesajı verdi

Kanada Hərbi Hava Qüvvələri “İslam Dövləti” (İŞİD) ilə mübarizə aparmaq üçün İraqa 726 ton silah göndərib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşdə Kanada Baş Qərargah başçısı Tom Louson deyib.

Qeyd edək ki, Barak Obama 20-dən çox ölkəni təmsil edən ordu nümayəndələri ilə İŞİD-ə qarşı mübarizə strategiyasını müzakirə edib. Vaşinqtonda keçirilən görüş ötən ay Amerika rəhbərliyilə hərbi koalisiyanın yaradılmasından bəri yüksək rütbəli hərbçiləri bir araya gətirən ən mühüm toplantı hesab olunur. Görüşdə koalisiya qüvvələrinin hava hücumlarının effektivliyi ilə bağlı yaranan suallar, o cümlədən PKK terror təşkilatının indiki mərhələdə Türkiyə ilə anlaşmanı pozmasının da müzakirə edildiyi bildirilir.

Beynəlxalq koalisiyanın İŞİD-lə mübarizə strategiyasının müzakirəsi zamanı Tom Louson bildirib ki, gələcəkdə İraqa 6 ədəd “Hornet CF-18” qırıcıları, “Polaris CC-150” yanacaq dolduran təyyarə və iki ədəd “Aurora CP-140” patrul təyyarəsi göndərəcək.

ABŞ prezidenti müzakirələr zamanı qeyd edib ki, İŞİD-ə qarşı koalisiyanı uzunmüddətli kampaniya gözləyir. O, ani qərarların qəbul etməyin düzgün olmadığını dilə gətirib.

Barak Obamanın İraqın Anbar vilayətindəki toqquşmalardan xüsusi narahatlığını ifadə edib. O qeyd edib ki, radikal musəlmanlar vilayəti tamamilə nəzarət altına alıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm