Medvedev: “Obamanın çıxışından çox kədərləndim”
Bizi izləyin

Dünya

Medvedev: “Obamanın çıxışından çox kədərləndim”

“Sanksiyalar ləğv olunmadan Rusiya-ABŞ münasibətlərinin əvvəlki səviyyəsinə qaytarılması mümkün deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya baş naziri Dmitri Medvedev CNBC telekanalına müsahibəsində deyib.

“Mən prezident Obamanın Birləşmiş Millətlər Təşkilatının tribunasından çıxışından çox kədərləndim. O, bəşəriyyət qarşısında dayanan təhlükələri sadalayarkən, birinci Ebola xəstəliyi, ikinci Rusiya Federasiyası, yalnız üçüncü yerdə “İslam Dövləti”nin adını çəkdi. Bu beyinlərdə hansısa bir imtinadır”, - deyə Rusiya baş naziri bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında qarşılıqlı münasibətlərin davamı, heç olmasa, sıfır mövqeyə qayıtmaq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm