• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Donbasda müharibə: yüzlərlə ukraynalı hərbçi mühasirəyə düşdü

  • Dünya
  • 15 Oktyabr 2014 13:06
  • 880 Baxış
Donbasda müharibə: yüzlərlə ukraynalı hərbçi mühasirəyə düşdü

Ukraynanın Luqansk vilayətində yüzdən çox hərbçi separatçıların mühasirəsinə düşüb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Gennadi Moskal bildirib.

Vəziyyətin kritik olduğunu deyən G.Moskal ölü və yaralıların, həmçinin əsirlərin olduğunu bildirib. Vilayətin dövlət administrasiyasının sədri xeyli sayda hərbi texnikanın itirildiyini deyib.

“Luqansk vilayətinin Baxmutki avtomobil yolu ərazisində də terrorçularla Ukrayna hərbçiləri arasında toqquşmalar davam edirdi. Milli Qvardiyanın köməyinə gedən Ukrayna Silahlı Qüvvələrinin 80-ci aeromobil briqadası pusquya düşüb. Bizim tərəfimizdən zirehli texnika itkisi var. Ölən və yaralılar haqqında informasiya dəqiqləşdirilir”, - Gennadi Moskal vurğulayıb.

O bildirib ki, atəşin dayandırılması haqqında razılıq əldə etmək üçün ATƏT-in nümayəndələri “Luqansk Xalq Respublikası” rəhbərliyi ilə telefonla danışsalar da, bu cəhdlər nəticəsiz qalıb.

Moskal əlavə edib ki, Ukrayna ordusuna hücum edən “Don qoşununun 32-ci kazak alayı”nin döyüşçüləri “LXR”ə tabe olmurlar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR