Rus siyasətçidən acı etiraf: “Moskva müstəqilliyini itirir”
Bizi izləyin

Dünya

Rus siyasətçidən acı etiraf: “Moskva müstəqilliyini itirir”

“Rusiya sürətlə Çinin xammal üçün istifadə edəcəyi vilayətə çevrilir”.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasətçi Boris Nemtsov öz Feysbuk səhifəsində qeyd edib.

O, Rusiyanın getdikcə müstəqilliyini itirdiyini bildirib:

“Rusiya sürətlə Çinin koloniyasına çevrilir. O, suverenliyini itirir. Bu da Kremlin müasir xarici siyasətinin əsasını təşkil edir”.

O, fikrini aşağıdakı faktlarla izah edib:

“Rosneft gələcək təchizat üçün çinlilərdən 70 milyard dollar dəyərində kredit götürüb. Çinlilər Sibirin ən böyük neft yatağından biri olan Vankorda pay əldə ediblər. Putin Çinə ən müasir silahları - Su-35 təyyarələrini satır. Çinlilər dünyanın ən böyük kaliumlu gübrə istehsal edən şirkəti olan “Uralkaliya”nın səhmdarları olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm