• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiya: “Kiyev bilməlidir ki, başqa yolu yoxdur”

  • Dünya
  • 15 Oktyabr 2014 15:37
  • 572 Baxış
Rusiya: “Kiyev bilməlidir ki, başqa yolu yoxdur”

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Minsk razılaşmasının atəşkəsə nail ola bilmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, aparat rəhbəri Ukraynada sabitliyin zəruri olduğunu deyərək konkret addım atılmasının vacib olduğunu bildirib.

“Komsomolskaya Pravda”ya açıqlama verən İvanov bölgədə minlərlə insanın taleyinin təhlükədə olduğunu deyib: “Belə bir zamanda qarşılıqlı güvən və etimadla biz bu problem həll edə bilərik. Kiyev hökuməti də, ölkənin şərqində olan qüvvələr də anlamaılır ki, problemin həlli silah yox, dialoqdur. Kiyev bununla barışmalıdır və bilməlidir ki, başqa yolu yoxdur”.

Xatırladaq ki, 16-17 oktyabr tarixlərində Asiya-Avropa sammitində (Asem) Putin, Poroşenko, Fransa Prezidenti Fransua Olland və Almaniya Kansleri Angela Merkelin iştirakı ilə dördtərəfli zirvənin keçiriləcəyi planlaşdırılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR