• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnqilabın ayaq izləri: ölkədə hər gün bir kənd “ölür”

  • Dünya
  • 15 Oktyabr 2014 16:37
  • 629 Baxış
İnqilabın ayaq izləri: ölkədə hər gün bir kənd “ölür”

Vaxt keçdikcə Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalları daha güclü şəkildə səslənir. Ermənistanın daxili siyasi səhnəsinə qeyri-legitim olduğu deyilən hakimiyyətin dəyişməsi ideyası ətrafında birləşən güc çıxıb.

İlk vaxtlar radikal tələblər ətrafında müxalifət “dördlüyü” – “Çiçəklənən Ermənistan”, “İrs” və “Daşnaksütyun” partiyaları və Erməni Milli Konqresi birləşirdi. Lakin sonradan “Daşnaksütyun” Partiyası konstitusiya dəyişiklikləri məsələsində mövqenin digər qüvvələrdən fərqli olduğunu əsas gətirərək “dördlüyü” tərk etdi.

Oktyabrın 10-da keçirilən ümumxalq mitinqində “üçlük” Serj Sərkistan rejiminin qarşısına olduqca qəti və aydın başa düşülən bir tələb qoydu: “Serj, çıx get!”

“Ölkədə unikal vəziyyət yaranıb, hakimiyyət yalqız qalıb, amma müxalifət birləşib. Əgər xalq ayağa qalxarsa və bizi hakimiyyət dəyişikliyini həyata keçirməyə məcbur edərsə, onda bu reallıq olacaq", - deyə “İrs” Partiyasının sədr müavini Armen Martirosya bildirib.

Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Naira Zoqrabyan ın sözlərinə görə, Ermənistanda hər gün “bir kənd ölür. O, ölkəni hər gün 300-400 insanın tərk etdiyini deyib: “Hakimiyyət insanları elə vəziyyətə qoydu ki, vətəndaşların çoxu məhz intihardan qaçmaq üçün ölkədən qaçırlar”.

Oktyabrın 10-da keçirilən mitinqdə müxalifətin sonrakı addımları haqqında proqram nitqi ilə Erməni Milli Konqresinin sədr müavini, Konqresin parlament fraksiyasının rəhbəri Levon Zurabyan çıxış etdi. Onun sözlərinə görə, mövcud rejimin hakimiyyəti onun qanuni sahibinə - xalqa verməsinin vaxtı çatıb. Müxalifət rejimə hakimiyyət dəyişikliyi üçün sülh variantını təklif edir. “Rejim və müxalifət hakimiyyətin təslim edilməsi məsələsində “yol xəritə”sinin razılaşdırmağa məcburdur. Rejim konstitusiya dəyişiklikləri yolu ilə Serj Sərkisyanı hakimiyyətdə saxlamaq niyyətindən imtina etməli, real demokratik seçkilərin keçirilməsi imkan verəcək seçki sistemi hazırlanmalıdır. Bu məsələdə hakimiyyətə bir neçə gün vaxt vermək lazımdır. Əgər rejim bu variantdan imtina edərsə, bizim növbəti mitinqimizə daha çox insan toplanacaq, ümummilli itaətsizlik və vətəndaş dalğasına vasitəsi ilə hakimiyyətin dəyişdirilməsi yeganə hədəfimiz olacaq”, - deyə L.Zurabyan vurğulayıb.

“Üçlüyün” gündəliyində növbədən prezident və parlament seçkilərinin keçirilməsi, maliyyə-iqtisadi və sosial sferalarda dəyişikliklər dayanır. Xüsusi olaraq, müxalifətin 12 tələbindən söhbət gedir.

Formalaşdırılan vahid siyasi gündəliyə baxmayaraq, Erməni Milli Konqresi, “İrs” və “Çiçəklənən Ermənistan” Partiyaları müxtəlif maraqlar güdürlər. Ehtimal olunur ki, “İrs” Partiyanın lideri Raffi Ovannisyanın radikal mövqeyinin əsasında şəxsi motivlər uzanır. O, hesab edir ki, hakimiyyət 2013-cü il prezident seçkilərində onun qazandığı qələbəni oğurladı. “Çiçəklənən Ermənistan”ın lider Qaqik Sarukyan böyük oliqarx olaraq biznesdəki faciəli vəziyyəti başa düşür və iqtisadi situasiyanın təhlükəli perspektiviyndən narahatdır. Erməni Milli Konqresi hakimiyyətin dəyişməsini tələb edən radikal müxalifət olaraq qalır. Konqres 2008-ci il 1 mart hadisələrinə görə hakimiyyətin cəza almasına çalışır.

Müxalifətin daxilində fərq həm də ondadır ki, Çiçəklənən Ermənistan” və Erməni Milli Konqresi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girişinə qarşı çıxmır. Halbuki, "İrs” Partiyası əks mövqedə dayanır. Partiya hesab edir ki, bu təşkilata birləşmə Ermənistanın müstəqilliyi üçün təhlükə təqdim edir. Müxtəlif yanaşmalara baxmayaraq, xarici siyasət problemləri müxalifətin gündəliyində dayanmır. Erməni Milli Konqresinin lideri. Keçmiş prezident Levon Ter-Petrosyan parlamentdə müxalifət güclərinin aktiv işi üçün hərəkətə keçib. Birgə fəaliyyətdə qarşıya geosiyasi məsələlər qoyulmur və əsas diqqət daxili problemlərə yönəldir.

Müəyyən fikir ayrılıqlarına baxmayaraq, müxalif güclərin vahid gündəlik və mübarizə strategiyasının hazırlanması məsələsində eyni mövqedən çıxış edirlər. Ermənistanda faktiki olaraq yeni vəziyyət yaranıb. Parlamentdə müxalifət və hakimiyyətin uzunmüddətli qarşıdurması yeni və daha geniş format əldə edib. Bu formata artıq geniş xalq kütlələri cəlb edilib.Qarşıdurmanın formatına yenilən gətirən əsas səbəb isə erməni hakimiyyətinin təkliflərə və müxalifətin layihəsinə barmaqarası baxmasıdır. Cəmiyyətin çoxsaylı etirazlarına baxmayaraq, erməni hakimiyyəti yığım pensiya sistemini ləğv etmədi.

Yığım pensiya sisteminin tətbiqi barədə qanun bu ilin yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdilər. Lakin Konstitusiya Məhkəməsi müxalifətin müraciətinə rədd cavabı verib.

Levon Zurabyan yığım pensiya sisteminin tətbiqi barədə qanunun soyğunçu mahiyyət daşıdığını düşünür. O, bu sistemin Qərbdə uğurla sınaqdan keçirildiyini, qanun Ermənistan üçün keçərli olmadığını bildirib. “Qərb ölkələrində dövlətin müdafiə etdiyi inkişaf etmiş maliyyə institutları, pensiya və investisiya fondları var. Amma bizdə vəziyyət necədir? Biz bandokrat rejimə etibar edə bilərikmi? Hansı ki, bu rejimin idarəçiliyi dövründə ölkədən qanunsuz olaraq çıxarılan kapitalın həcmi beş milyard dollar təşkil edib”, - deyə Zurabyan bildirib.

Hakimiyyətin ən kiçik məsələlərdə belə güzəştə getmək istəməməsi müxalifəti mübarizəni parlamentin hüdudlarından kənara çıxarmağa məcbur etdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR