Fransanın bütün prezidentləri "Don Juan" olublar - FOTOLAR
Bizi izləyin

Dünya

Fransanın bütün prezidentləri "Don Juan" olublar - FOTOLAR

Fransanın bütün prezidentləri arvadbaz olublar

Onların xanımlarını ikinci birinci ledilər də adlandırıblar


Fransa jurnalı "Closer"in yanvarın əvvəllərində prezident Fransua Ollandı vətəndaş nikahında olan arvadına xəyanət etməkdə günahlandırması ilə bu ölkədə artıq ənənəyə çevrilən arvadbaz przident məsələsi yenidən gündəmə gəldi. Dövlət başçısının aktrisa Jyuli Qaye ilə əlaqəsini təsdiq edən fotolar çap ediləndən başlayan qalmaqal ölkənin birinci ledisi, 49 yaşlı jurnalist Valeri Trierveylerin Yelisey sarayını tərk etməsi ilə nəticələndi. Fransua Ollandın yeni sevgi romanının Yyuli Qayenin yeni birinci ledi statusuna sahib çıxması ilə davam edəcəyi hələ ki bəlli deyil. Amma bəlli olan budur ki, Fransa prezidentlərinin arvadbazlığı məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, Fransua Olland Valeri Trierveylərə qədər 25 ilə yaxın Seqolen Ruayal ilə də nikahda olub və onların iki övladları var. Arvadbazlıqdan söz düşmüşkən, bundan əvvəlki prezident Hikolya Sarkozidən başlayaq. Keçmiş dövlət başçısının ən səs-küylü sevgi macərası keçmiş model, sonralar müğənniliyə başlayan Karla Bruni ilə olub. Buna qədər isə Sarkozi iki dəfə evli olmuşdu. İkinci həyat yoldaşı Sessiliya ondan ayrılmasının başlıca səbəbini belə izah edib: “O, arvadbaz və simic idi”.

Yeri gəlmişkən, Sarkozi özünün yeni sevgilisinə Sessiliyanın qaytardığı üzüyü hədiyyə edib və Karla Bruni bu üzüklə hətta fotokameraların qarşısında poza verməkdən belə çəkinməyib. Prezidentin anası isə oğlunun yeni əyləncəsi ilə bağlı deyirdi: “Ümid edirəm ki, o üçüncü dəfə evlənməyəcək”. Amma sonradan fransızların əksəriyyəti hesab edirdi ki, Krala Bruni Sarkozi üçün yeni əsas vasitədir, çünki o, onu xalqa daha da yaxınlaşdırırdı. O vaxtlar mətbuatda tez-tez bu cütlüyün boşanmaq ərəfəsində olduğu yazılsa da, bir qədər sonra Sarkozi və Bruni bəyan edirlər ki, hətta varisin dünyaya gəlişinə hazırlaşırlar. Beləliklə, Karla Nikolya üçün bir qız uşağı dünyaya gətirir.

Üç tanınmışla yaşanan sevgi romanı


Qeyd edək ki, Fransada təkcə prezidentlər, digər nüfuzlu siyasətçilər deyil, onlarla sevgi romanları yaşayan qadınlar da, belə demək mümkünsə, az aşın duzu olmayıblar. Məsələn, bir müddət Fransada qızışan yeni seks qalmaqalında üç nüfuzlu siyasətçinin, o cümlədən indiki prezident Fransua Ollandın da adı hallanıb. Bir müddət əvvəl Yelisey sarayını tərk edən Valeri Trierveyler onda etiraf edirdi ki, o, eyni zamanda həm Fransua Olland, həm keçmiş dövlət başçısı Nikolya Sarkozi, həm də keçmiş nazirlərdən olan, mənşəcə erməni Patrik Devedjyanla münasibətdə olub.

Fransa KİV-də yazılana görə, həmin kişilər də özlərinin eyni vaxtda Trierveylerin həyatında iştirak etdiklərindən xəbərdar olublar, bundan başqa onların hər birinin həmin an daha bir sevgililəri olub. Deyilənə görə, bu dolaşıq tarix 2000-ci illərin əvvəllərində baş verib. O vaxt 35 yaşlı Valeri Trierveylerə ondan 11 yaş böyük olan gələcək Fransa prezidenti nəvaziş göstərib, eyni zamanda özündən 21 yaş böyük olan erməni mənşəli siyasətçi Devedjyanla da görüşürmüş. Fransalı jurnalistlər isə əminliklə vurğulayırdılar ki, bir qadını bölüşdükləri həmin kişilər üçün də gizli deyilmiş. Devedjyanla görüşən Trierveyler onun evli olduğunu da bilirmiş. Olland də həmin vaxt Fransanın gələcək liderinə dörd uşaq dünyaya gətirən Seqolen Ruayalla evliymiş. Trierveylerə gəldikdə, o özü də həmin sevgi romanlarını yaşadığı vaxt ərdə olub: “İnanılmazdır, Devedjyan və Olland hər ikisi eyni qadınla yatdıqlarını bilsələr də, bir-birinə böyük hörmətləri olub”. Bunu o zaman Fransa mətbuatı yazırdı.

İntriqa 2003-cü ildə həll olunub, o vaxt Trierveyler Devedjyana ultimatum verərək bəyan edib ki, arvadını atmalıdır, o isə bundan imtina edib. O zaman Fransanın gələcək birinci ledisi Ollandın xeyrinə seçim edib, 2007-ci ilə qədər isə onlar öz münasibətlərini açıq-aşkar nümayiş etdirməyiblər.

Çünki bu vaxta qədər də Trierveyler hüquqi cəhətdən nikahda olub, Olland isə Seqolen Ruayaldan hələ ayrılmamışdı.

Fransa prezidentlərinin çoxunun dövlətə rəhbərlik etdikləri vaxtlar sevgililəri olub. Bu siyahıya Jak Şirak, Fransua Mitteran və Valeri Jiskar d`Estenin adları düşüb. Bununla belə, fransızlar həmişə öz prezidentlərinin bu cür davranışlarını sakit qəbul ediblər.

Fransua Olland 2007-ci ildə 13 ilə yaxın münasibətdə olduğu birinci arvadı, eləcə də Sosialist Partiyasının üzvü Seqolen Ruayaldan ayrıldığını bəyan edir. Bir qədər sonra Fransa KİV-də yazılıb ki, onun Ruayalla vətəndaş nikahı siyasi icmalçı Valeri Trierveylerlə sevgi romanına görə pozulub.

Yelisey sarayında seksual qalmaqallar

2008-ci il yanvarın 8-də prezident Nikolya Sarkozinin Karla Bruni ilə ciddi əlaqəsinin olmasını bəyan etməsi çoxlu səs-küyə səbəb olmuşdu. Əvvəllər heç vaxt dövlət başçısı, özü də yenicə boşanmış, yeni əlaqələrini açıq-aşkar nümayiş etdirməyib. Həmişə şəxsi və ictimai həyata müdaxilənin əleyhinə olan Fransua Olland indi özü analoji situasiya ilə üzləşib. O, ilin əvvəlində aktrisa Jyulu Qeye ilə sevgi görüşlərini heç cür təkzib edə bilmir. Yelisey Sarayında seksual qalmaqallar həmişə medianın ən populyar “yeməyi” olub.

1974-cü ildə Valeri Jiskar d`Esten dan yeri ağarmamış yük maşınında gedərkən hamı danışırdı ki, onun yanında aktrisa Marlen Jiber də olub. Jiskar haqda başqa bu cür söhbətlər də yayılıb, məsələn, fotoqraf Mari-Lor De Dekerin də onun sevgilisi olduğu iddia edilib. Üstündən on illər keçəndən sonra Jiskar sevgi romanlarını yazıb, hətta ledi Diana ilə də əlaqələrinə işarə edib. Fransua Mitteran 1981-ci ildə prezident seçilənədək guya müğənni Dalidanın yanına gedib-gəlib. Sonralar sosialist liderin iki ailəsi və çoxsaylı sevgililərinin olduğu iddia edilib. Uzun illər ərzində o nikahdan kənar qızı Mazarinanın varlığını gizlətməyə müvəffəq olub. Qızın şəklini 1994-cü ildə “Paris Match” həftəliyi çap edib.

Siyasi liderlərin sevgi gizlinlərinin açılmasında “Express” həftəliyinin

xüsusi rolu olub. Nəşrin baş redaktoru Fransuaz Jiru 1970-ci illərdə işə informasiya toplamaq üçün gənc, cəsarətli və xoşsifət müxbirləri götürür. Müxbir Silva Pyer-Brossolett çoxlu maraqlı faktlar gətirir, sonra növbə Mitteranın və Şirakın sevgilisi olan Mişri Kota çatır.

Prezidentin sevgilisi – erotik film qəhrəmanı


“Mən respublikanın prezidenti olarkən, 17 milyon fransız qadına vurulmuşam”, - Jiskar d'Esten müsahibələrinin birində deyib. “Mən onları kütlə arasında görəndə, onlar bunu hiss etdilər, sonra mənim lehimə səs verdilər”. Yataq və siyasət Fransada bir-biri ilə o qədər sığ bağlıdır ki, artıq 4 prezident dalbadal dövlət başçısı postuna nail olan kimi şəxsi həyatlarında bir-birilərinə qalib gəlmək uğrunda mübarizəyə qoşulublar.

Jiskar d'Estenin çıx ehtiraslı sevgilisi Silviya Kristel olub, o daha çox “Emmanuel” erotik filminin qəhrəmanı kimi tanınıb. Onların sevgi romanı Jiskar d'Esten Yelisey sarayının sahibi olmazdan əvvəl başlayıb. Amma nə seçkidəki qələbə, nə də qanuni arvadının dünyaya gətirdiyi dördüncü uşaq onların münasibətlərini dəyişməyib. Prezidentin Emmanuellə romanından hamı xəbərdar olub. Silvia tez-tez rəsmi qəbulların sahibi rolunda çıxış edib və özünün havadarını xarici səfərlər zamanı müşayiət edib. Amma baxmayaraq ki, nə aktrisa, nə də dövlət başçısı bir-birinə sədaqətli olmasalar da, davam edib.

Fransua Mitteran sələflərindən fərqli olaraq sevgililərinə qarşı münasibətdə vəfalılığı ilə şöhrət qazanıb. Prezidentin “rəsmi” sevgilisi 1974-cü ildə ona Mazarin adlı qız dünyaya gətirən Anna Pinjo olub. Qızın dünyaya gəlməsi, nəhayət Annanın şəxsi ailəsi ilə münasibətlərini pozub: Pinjonun valideynləri qızlarının evli kişidən uşaq doğması ilə barışa bilməyiblər. Mazalinin doğum haqqında şəhadətnaməsindəki qrafada “atası” kimi heç Mitteranın adı yazılmayıb. Amma qayğıkeş prezident Anna və Mazarini tam təmin edib, qızın 7 yaşı olanda yoxa çıxıb. Onun axtarışı üçün bütöv bir jandarm dəstəsi cəlb olunub. Bir sözlə, Miitteranın Annadan və ona iki övlad dünyaya gətirən qanuni arvadı Danieldən başqa bir neçə sevgilisi, o cümlədən tanınmış müğənni Dalida da olub. Nəticədə Mitteranın sürücüsü və mühafizəçisi Pyer Turle özünün “Sola gedişlər” kitabında bu gizli görüşlərdən yazıb. 1994-cü ildə Mitteran qərara gəlir ənənəvi susqunluğunu pozaraq “Pari Match” jurnalına icazə verir ki, Anna və Mazarin Pinjolar haqda material çap etsin. Ardınca böyük qalmaqal baş verib. 1996-cı ildə Mitteran xərçəngdən vəfat edir, onun qanuni arvadı olan Daniel özü dəfn mərasiminə Annanı dəvət edir. Bütün mərasim boyu birinci və ikinci ledilər yan-yana otururlar.

“Bəzən prezident bir gecədə növbə ilə dərhal üç sevgilisinin yanına qaçırdı. O sonra mənə görüşləri haqda danışırdı, sanki biz restoranda oturur və menyu oxuyurduq: “Bu iştahıma uyğundur, bu əsas yemək idi, bu isə desert idi".
Mitteranın romanları qısamüddətli olurdu, o nadir halda bir qadınla iki-üç dəfədən çox görüşərdi. Amma Mitteranın keçmiş sevgililəri ondan incimirdilər.

Şirakın Mitteranla gözəllər uğrunda yarışı


Jak Şirakın sevgi sərgüşətlərini də şəxsi sürücüsü Jan-Klod Lomond, “25 il bir yerdə” adlı qalmaqallı memuarı ilə açıb-töküb. Lomond prezidentlə 1972-ci ildən 1997-ci ilədək birgə işləyib və respublika rəhbərinin qeyri-rəsmi həyatından tam xəbərdar olub. Jak Şirak gözəllərlə bağlı məsələdə açıq-aşkar Fransua Mitteranla yarışıb. Onun hərəmxanasında ən tanınmış sevgilisi Klaudia Kardinal olub, amma digər sevgililərinin sayı onlarla hesablanıb. Saat 20:00-dan sonra Şirakla əlaqə saxlamaq yalnız Lomond vasitəsi ilə mümkün olurmuş. Bu cür gediş bir dəfə prezidentə kəskin zarafatla başa gəlib. Belə ki, Şahzadə Дианa avtomobil qəzasında ölən gecə daxili işlər naziri dövlət başçısı ilə əlaqə saxlamağa cəhd edir, amma onu tapa bilmir. Bu səbəbdən Şirakın arvadı Berdadett Şirak dəfn mərasiminə tək getməli olur. Qalmaqal KİV-ə sızır. Bernadett hər şeyə görə Lomondanı ittiham edir və nəhayət sürücüdən qurtara bilir. Bu isə ərinin xəyanətinə birinci ledinin soyuq yanaşmasının təzahürü idi. Sonralar Bernadett bəyan edib: “Mən həmişə ona xatırladırdım ki, bir dəfə, Napoleon Jozefinanı atıb və hər şeyi itirib”.

Şirakın sürücüsü yazır: “Mənim müşahidəmə görə, Bernadett bu prosesə üç dəfə müdaxilə edib. Bir dəfə bu “gənc dişi canavar” ilə baş verib, qadın nazir Şirakın gözlərini qamaşdıraraq yoldan çıxarıbmış. Həmin qadının ərinə xeyirxahlıq edilərək arvadının xəyanəti ilə bağlı sübutlar təqdim olunub, onu demək olar ki, boşanmağa təhrik ediblər. Paris merinin müşaviri çoxuşaqlı ana da olub. O ayrılmamışdan əvvəl az qalıb ki, Şirakın ailəsinə qədər gedib çıxsın... Sürücünün sözlərinə görə, bütün bunlardan xəbər tutan Bernadett ərinə onun yanındaca qışqırıb: “Siz məni idiot hesab edirsinizmi?”

Jak-Klod Lomond sonra yazır: “Təsəvvür edin ki, mən 25 il ərzində nə çəkmişəm. Hər gecə prezidenti ləngimədən harasa aparmaq lazım gəlirdi. Mühafizədəki zabitlərdən biri, yaraşıqlı və arvadbaz, tez-tez bizi bu səfərlərdə müşayiət edirdi. Bir dəfə hər ikisinin gənc bir qıza gözləri düşür, beləliklə prezidentlə həmin zabit arasında yarış başlayır. Bunu hiss edən Şirak mühafizənin rəisini çağırır və sərt şəkildə deyir: “Həmkarınıza xəbərdarlıq edin: “ona mənim ərazimdə ov etmək məsləhət deyil”.

“Şirak Mitteranla yarışdığı üçüm həmişə hərəkətdə idi. Hər dəfə ona keçmiş prezidentin növbəti cananını göstərəndə, o, qəzəblənirdi. Mənə hətta elə gəlirdi ki, o Mitteranı təkcə Yelisey Sarayına gedən yolda yox, bütün cəbhələrdə ötmək istəyir”.

Mitteranla Şirak sevgililərini əlcək kimi dəyişirmişlər.


Şirakın həyatında kimlər olmayıb?.. Partiya fəalları, katibələri, aktrisalar, jurnalistlər... Onunla sevgi romanı yaşayanlar hamısı sonralar maraqlı karyera qurublar. Ümumiyyətlə, kim onun partiyanın mənzil qərargahının 6-cı mərtəbəsindəki kabinetinə qalxıbsa, özü üçün xoşbəxt həyat qurmaq imkanı əldə edib. Beş dəqiqə sonra Şirak oradan parlayan gözlərlə, həddindən artıq burulmuş corabları və köynəyi, alt paltarı ilə çıxarmış. Əməkdaşlar bir-biri ilə zarafat edirdi: “Şirak üçün duş da daxil olmaqla üç dəqiqə bəs edir”.

Jak Şirakın qızı Sarkozinin sevgilisi olub


Sarkozinin sevgi romanı haqda 1983-cü ildən danışılıb: o vaxt Jak Şirakın dəstəyi ilə Neyi-syur-Sen şəhərinin meri olan və korsikanlı Mari-Dominiklə evli olan 30 yaşlı siyasətçi Şirakın qızı Klodla görüşməyə başlamışdı. Sonra ondan atası ilə soyuq münasibətinə görə ayrılıb. Buna görə 2007-ci il prezident seçkiləri ərəfəsində heç kim inanmırdı ki, Şirak Sarkozinin namizədliyini dəstəkləyəcək. 1984-cü ildə mer Sarkozi teleaparıcı Jak Martenlə bessarabiyalı yarı yəhudi -yarı qaraçı qızı və böyük ispan bəstəkarı Albenis Sesiliyanın nəticəsi Sesiliya Siqanerin nikaha girmə mərasiminə başçılıq edib. Sesiliya həmin vaxt hamiləliyin son aylarında olub. O həm də Sarkozidən 12 santimetr hündür idi, amma bu merə 4 il sonra ona nail olmasına maneçilik törətməyib. 1988-ci ildə Sesiliya ərindən ayrılaraq Sarkozinin yanına gəlir, amma 4 il sonra o özü də boşanmalı olur. Sarkozi 2005-ci ildə Daxili İşlər Nazirliyinə rəhbərlik edir. Sesiliya jurnalist Rişar Attiasla sevgi romanı yaşayır, bu isə onun Nikolyanın “Figaro”nun jurnalisti ilə sevişdiyinə cavab idi. 2006-cı ildə, prezident seçkisi yarışına start verilən zaman ərlə-arvad birdəfəlik ayrılırlar. Sarkozi ilə Sessiliya boşandıqdan sonra 10 yaşlı oğlu Lui anası ilə qalır. Sesiliya Attiasla, Nikolya isə Sessiliyaya layiqli varis keçmiş model, sonra müğənniliyə başlayan Karla Brunini tapana qədər çoxlu gözəllə görüşür. Karla Bruni sonra prezidentin yeni arvadı olur.

Modern.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm