“Sağ sektor” türk oliqarxa qarşı müharibəyə başladı
Bizi izləyin

Dünya

“Sağ sektor” türk oliqarxa qarşı müharibəyə başladı

Ukraynanın radikal millətçi “Sağ sektor” təşkilatının 100-dən çox maskalı üzvü Zaporojyedə “Zaporojstal" metallurgiya kombinatının giriş-çıxışlarını bağlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə kombinatın saytında bildirilir.

Kombinata avadanlıq və xammalın çatdırılması dayandırılıb. Bildirilir ki, kombinatın bütün nəqliyyat arteriyaları kəsilib. “On beş oktyabrda Zaporojyedə “Sağ sektor”un 100-150 maskalı üzvü “Zaporojstal”ın əsas keçidlərini başlayıb. Kombinatın çoxminli kollektivinin işi təhlükə altına düşüb”, - deyə xəbərdə deyilir.

Bildirilir ki, kombinatın nəqliyyat arteriyaları bloklanmışdır, bu onun işinə mane olur. İş yerlərinə kombinatın əməkdaşlarının girişi çətinliyə salınmışdır, avadanlığın və xammalın çatdırılmaları kəsilmişdir.

“Sağ sektor”un mətbuat katibi Artyom Skoropadski isə kombinatın mühasirəsində təşkilat üzvlərinin iştirakını təkzib edib. “Sağ sektor”un bu hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur. Mümkündür ki, bu təşkilatımızı etibardan salmaq üçün provokasiyadır, “ – deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, “Zaporojstal” Avropada ən böyük metallurgiya müəssisələrindən biridir və Ukrayna biznesmeni Rinat Əhmədovun "Metinvest" qrupuna daxildir.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti ötən ay Ukrayna separatçıların “əməkdaşlıq” əlaqələrini açıqlayıb. Qurumun araşdırmasında bildirilir ki, İqor Kostenok “Donetsk Xalq Respublikası” separatçı qurumun “təhsil naziri” Donetsk biznesmenləri və keçmiş prezident Viktor Yanukoviçin “ailə”si ilə sıx bağlıdır.

“Təhsil naziri” isə biznesmenlər Rinat Əhmədov və İqor Qumenyuk, həmçinin sabiq prezident Yanukoviçin “ailə”si ilə bağlı strukturlarda işləyir. İ.Kostenok Rusiya vətəndaşı Aleksandr Borodayın “baş nazir” postundan istefası və onun yerinə Aleksandr Zaxarçenkonun təyinatından sonra “DXR hökuməti”nə daxil olub. “DXR”in “təhsil naziri” Tenoparka Uqlemaş” zavodunda direktorun səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Zavodun səhmlərinin 20 faizi R.Əhmədova məxusdur.

2012-ci ilin mayında “Forbes” yazırdı ki, 1990-cı illərdə İ.Qvetadze 1996-cı ildə öldürülmüş sahibkar Aleksandr Şvedçenkomla birlikdə "Şaxtyor” futbol klubunu maliyyələşdib. Bundan başqa İ.Kostenok İ.Qumenyukun qardaşı Aleksandr Qumenyukun başçılıq etdiyi “İnvestisiyalar üzrə Donetsk regional mərkəzi”nin direktor müavini işləyib.

İ.Kostenok həmçinin “Avropa seçimi” Donetsk ictimai təşkilatın həmtəsisçisi idi. Təşkilatın digər həmtəsisçiləri Eduard Bondarenko və Vadim Bondarenko idi. “DXR”in “baş naziri” A.Zaxarçenko R.Əhmədovun yaxın ətrafının rəhbərlik etdiyi strukturlarda işləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm