Suriya sərhədində ağlasığmaz dəhşət - FOTOLAR
Bizi izləyin

Dünya

Suriya sərhədində ağlasığmaz dəhşət - FOTOLAR

Suriya sərhədində başı kəsilmiş meyit tapılıb.

Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərinin Qarqamış rayonunda, Suriya ilə sərhəddə başı kəsilmiş naməlum kişi meyiti tapılıb.

Hadisə keçən həftə sərhəd xəttində meydana gəlib. İddiaya görə, sərhəddə bir nəfərin hərəkətsiz uzandığını görənlər məsələni hüquq mühafizə orqanlarına bildirib. Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalardan sonra naməlum kişi meyitinin başının bədənindən ayrıldığını görüblər. Meyit və onun hissələri hüquq mühafizə orqanlarının əməkdaşlarının təhqiqatından sonra Nizip Dövlət Xəstəxanasının morquna yerləşdirilib. Şəxsiyyətin təyin edilməsi və tibbi ekspertiza üçün prokurorluq günorta saatlarında onu Qaziantep Tibb Morquna göndərib.

Hadisə ilə əlaqədar araşdırma davam edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm