Separatçılar ATƏT-in pilotsuz uçuş aparatlarını vuracaq
Bizi izləyin

Dünya

Separatçılar ATƏT-in pilotsuz uçuş aparatlarını vuracaq

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumu ATƏT-i pilotsuz təyyarələri vuracağı barədə xəbərdarlıq edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, “DXR”in nümayəndəsi Boris Litvinov Rusiya-Ukrayna sərhədində qeydə alınan bütün pilotsuz uçuş aparatlarını vuracağını bildirib.

B.Litvinovun sözlərinə görə, pilotsuz təyyarələrdən istifadə onlar tərəfindən casusluq fəaliyyəti kimi qiymətləndirilir.

Qeyd edək ki, 200 alman və 150 fransız hərbi qulluqçunun ATƏT-in monitorinq missiyasında iştirak etməsi üçün Ukraynaya gəlməsi planlaşdırılır. ATƏT-in missiyası Ukraynanın altı pilotsuz uçuş aparatından Ukrayna-Rusiya sərhədində monitorinq aparmaq üçün istifadə edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm