İŞİD heyvanlara bomba bağlayır - İnanılmaz taktika
Bizi izləyin

Dünya

İŞİD heyvanlara bomba bağlayır - İnanılmaz taktika

Kobanidə İŞİD (İraq Şam İslam Dövləti) ilə YPG (PKK terror təşkilatının Suriya qolu – red.) arasında toqquşmalar davam edir. Koalisiya qüvvələri son iki gündür ki, intensiv şəkildə İŞİD sipərlərini bombalayır. Bölgədən İŞİD-in dayandırıldığı xəbəri gəlir. Ən inanılmaz iddia isə İŞİD-in Kobanidə irəliləməsi üçün heyvanlara bomba bağlayıb YPG sipərlərinə göndərməsi ilə bağlıdır.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “Rakka İnqilabçıları”nın quru komandanı Əbu Seyf ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinə aid qırıcıların Kobanidəki İŞİD sipərlərinə 27 hava hücumu təşkil etdiyini bildirib. Seyf İŞİD-in dayandırıldığını deyib.

İŞİD-ə aid bir çox mərkəzlərin məhv edildiyini bildirən Seyf sözlərinə bu cür davam edib:

“Bombardmandan sonra İŞİD qüvvələri heç bir yerə hücum etməyib. Silah səsləri də kəsilib. Koalisiya qüvvələri bölgədəki hədəflərə 27 hava hücumu təşkil edib. Terror təşkilatının irəliləyişi dayandırılıb”.

Təkərlərdən sonra indi də heyvanlara...

Hava əməliyyatlarına mane olmaq üçün davamlı avtomobil təkərlərindən təpələr düzəldərək yandıran İŞİD-in yeni bir taktikanı sınaqdan keçirdiyi məlum olub.

“Rudav” müxbirinin fikrincə, İŞİD yaraqlıları çirkin məqsədləri üçün bu dəfə heyvanlardan istifadə etməyə başlayıblar. Terror təşkilatı kamikadze hücumlarından sonra iddiaya görə, bu dəfə ev heyvanlarına bomba bağlayıb YPG sipərlərinə göndərir.

Xatırladaq ki, Kobanidə dördmərtəbəli binaya və bir təpəyə sancdığı qara bayraqları çıxarılmışdı. Bu gün həmin yerdə YPG terror təşkilatının bayraqları görünməyə başlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm