"Ermənistanın AİB-ə qoşulması ilə bağlı müqavilədə Qarabağa dair bənd yoxdu"
Bizi izləyin

Dünya

"Ermənistanın AİB-ə qoşulması ilə bağlı müqavilədə Qarabağa dair bənd yoxdu"

“Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə imzalanan maqavilədə Dağlıq Qarabağ haqqında heç bir qeyd yoxdu”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan jurnalistlərər açıqlamasında deyib.

"Müqavilədə bu barədə heç bir bənd yoxdu. Ermənistan Respublikasının imzaladığı bütün beynəlxalq sənədlər müstəsna şəkildə yalnız Ermənistan Respublikasına şamil olunur”, - deyə nazir Ermənistanla Dağlıq Qarabağ arasında gömrük postunun qoyulacağı ilə bağlı sualı şərh edərkən deyib.

Xatırladaq ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sənəd oktyabrın 10-da imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm