“Prezident olsam Krımı qaytarmayacam”
Bizi izləyin

Dünya

“Prezident olsam Krımı qaytarmayacam”

“Krım Rusiya Federasiyasının bir hissəsidir və bir daha Ukraynanın hissəsi olmayacaq".

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnıy “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib.

“Hesab edirəm ki, Krım Rusiyanın bir hissəsidir. Baxmayaraq ki, Krım bütün beynəlxalq normaların pozulması ilə tutulub. Gəlin özümüzü aldatmayaq. Ukraynalılara da məsləhət görürəm ki, özlərini aldatmasınlar. Krım Rusiyanın hissəsi kimi qalacaq və bundan sonra heç vaxt Ukraynanın hissəsi olmayacaq”, - deyə Navalnıy bildirib.

Həmçinin o, əlavə edib ki, Rusiya prezidenti olacağı halda Krımı qaytarmayacaq.

Müxalifət lideri Rusiya prezidenti Vladimir Putini sərt tənqid edənlərdən olsa da, dövlət başçısının müdafiə etdiyi “rus dünyası” ideyasını dəstəkləyir.

Xatırladaq ki, Navalnıy daha əvvəl “rus dünyası”nın digər bir məddahı, yenicə həbsdən çıxan oliqarx Xodorkovski ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Xodorovski isə həbsxanadan çıxan kimi bildirmişdi ki, avtomatı əlinə götürməyə və Qafqaz müsəlmanlarını öldürməyə hazırdır: “Çünki Qafqaz “rus dünyası”nın torpağıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm