“New York Times”: “ABŞ Rusiya ilə münasibətlərdə yeni kurs axtarır”
Bizi izləyin

Dünya

“New York Times”: “ABŞ Rusiya ilə münasibətlərdə yeni kurs axtarır”

ABŞ Rusiya ilə münasibətlərdə yeni yanaşmanı axtarır və ikitərəfli münasibətləri yaxşılaşdırmağa çalışır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında Parisdə keçirilən görüşü şərh edən ABŞ-ın “New York Times” qəzeti yazəb.

Amerika nəşri yazır ki, tərəflər 3 saat davam edən görüşün nəticəsi olaraq “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizədə əməkdaşlığa ehtiyac olduğunu qəbul edib.

“Cəmi altı ay əvvəl Ağ Ev işarə edirdi ki, Rusiya və onun prezidenti Vladimir Putini təcrid etmək niyyətindədir. Amma hazırda Con Kerri ikitərəfli əməkdaşlığın genişləndirilməsini dəstəkləyəcəyini çatdırmağa çalışdı”, - deyə Amerika nəşri bildirib.

ABŞ nəşri bu qənaətdədir ki, Con Kerri münasibətlərin yenidən normallaşması haqqında danışmır, əksinə dövlət katibinin bəyanatları ABŞ-ın Rusiya ilə münasibətlərdə yeni kurs axtardığı barədə nəticə çıxarmağa əsas verir.

“Sirr deyil ki, ABŞ və Rusiya arasında Ukrayna məsələsində fikir ayrılıqları var. Bugünkü görüşdə biz o məsələlərə diqqət yetirməyə çalışdıq ki, başqa ölkələrə, Rusiya və ABŞ arasındakı münasibətlərə, bütövlükdə dünyaya xeyir versin”, - deyə “New York Times” C.Kerrinin sözlərini sitat gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm