Rusiyaya qarşı sanksiyalara yeni ölkələr qoşuldu
Bizi izləyin

Dünya

Rusiyaya qarşı sanksiyalara yeni ölkələr qoşuldu

Avropa Birliyinin (AB) sanksiyalarına qoşulan ölkələrin sırası genişlənib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, AB-nin üzvlüyünə ölkə-namizədlər olan Çernaqoriya, İslandiya, Albaniya, həmçinin Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri və Ukrayna Rusiyaya qarşı qəbul olunan sanksiyalarının son paketinə qoşulub.

Xatırladaq ki, AB 12 sentyabrda sanksiyalar altına düşən Rusiya şirkətlərinin siyahısını dərc edb. Sanksiyalar neft (“Rosneft”, "Transneft" və "Qazprom” şirkətlərinə") və müdafiə ("Uralvaqon zavod” və “Oboronoprom” müəssisələri) sektorlarına toxunub. Sanksiyalar həmçinin Rusiya Əmanət bankı, VTB, “Qazprombank” Xarici iqtisadiyyat bankı və Rusiya kənd təsərrüfatı bankına qarşı tətbiq olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm