• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub

  • Dünya
  • 16 Oktyabr 2014 05:39
  • 470 Baxış
Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının 131 hərbçinin itməsi barədə müraciət alıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məsləhətçisi Markiyan Lubkivski bildirib.

Onun sözlərinə görə, rusiyalı hərbçilərin qohumları onların Ukraynanın şərqinə göndərildiyini güman edirlər. Markiyan Lubkivski Təhlükəsizlik Xidmətində Rusiya Federasiyası vətəndaşları üçün “qaynar xətt”in açılmasından sonra Rusiya hərbi qulluqçuların ailələrindən çoxsaylı müraciətlər aldığını deyib.

Bir neçə gün bundan əvvəl isə Ukraynanın “1+1” telekanalının “Cəsur ürəklər” layihəsində rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva şok bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub.

Rusiyalı hüquq müdafiəçisi bildirib ki, Rusiya hakimiyyəti ölən hərbçilərin təlimlərdə olduğunu bildirərək hərbçilərin valideynlərini aldadır. O, qeyd edib ki, Ukrayna ərazisində rus hərbçilərin ölüm səbəbləri insult, travma, infarkt və intihar göstərilir.

“Rusiyalı əsgərləri “ətçəkən maşına”a göndərdilər. Ukraynada döyüşən əsgərlərin analarına deyirlər ki, onların oğulları hərbi təlimlərdədir. Mən əsgər analarının çoxları ilə yazışıram. Onları inandırırlar ki, heç bir müharibə yoxdur. Onlara qara kağız veriləndə isə deyirlər ki, oğullarının ölüm səbəbi insult, travma, infarkt, intihar və sairduir. Rusiyanın 4500 əsgərinin həlak olduğu artıq məlumdur. Onlardan təxminən 300-ü dəfn edilib. Yəni, onların cəsədləri valideynlərinə çatdırılıb”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR