Tailand qəlyan və elektron siqareti qadağan etdi
Bizi izləyin

Dünya

Tailand qəlyan və elektron siqareti qadağan etdi

Tailanda qəlyanlar və elektron siqaretlərin idxalı qadağan olunub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tailandın hökuməti bu gün qəlyanlar və elektron siqaretlərin ölkəyə idxalını qadağan edən qətnaməni qəbul edib.

“Qəlyanlar və elektron siqaretlərdən ayırılan iki orqanik maddə və kimyəvi birləşmə insanın sağlamlığı üçün təhlükəlidir”, - deyə qətnamənin mətnində deyilir.

Tailanda qəlyanlar və elektron siqaretlərin idxalı barədə rəsmi statistika mövcud deyil. Bu məhsullar fərdi tacirlər və böyük qruplar tərəfindən qaçaqmalçılıqla gətirilir. Yeni qətnamənin qəbul olunmasına qədər alınmış qəlyanların və elektron siqaretlər sahibləri üçün ciddi təhlükə yoxdur.

Hələlik Bankok və ölkənin digər kurort zonalarında ətirli tütünün çəkilməsini təklif edən çoxsaylı restoranlar və kafeləri nə gözlədiyi məlum deyil. İctimai yerlərdə qəlyan və elektron siqaretlərin çəkilməsinin qadağan edilməsi haqqında hansı qərarın qəbul ediləcəyi bildirilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm