Hollandiyalı motosikletçilərdən İŞİD qərarı
Bizi izləyin

Dünya

Hollandiyalı motosikletçilərdən İŞİD qərarı

Hollandiyanın motosiklet şəbəkəsi olan "No Surrender"ın (“Təslim olmaq yox”) üç üzvü İŞİD-ə qarşı döyüşən Şimali İraq kürd muxtariyyətinin silahlı dəstələrinə qatılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Hollandiya Baş Prokurorluğu bildirib.

Baş Prokurorluq həmçinin şəbəkə üzvlərinin ölkələrinə dönəcəyi halda hər hansı bir cinayət ittihamı ilə üzləşməyəcəyini açıqlayıb.

Ölkə səlahiyyətliləri şəbəkə üzvlərinin İŞİD terror qruplaşmasına qarşı döyüşməsinə hər hansı qanuni əngəl olmadığını bildirir. Lakin Hollandiya vətəndaşlarının PKK-ya qoşula biləcəyi dilə gətirilir və onun Avropa Birliyinə üzv ölkələr tərəfindən bir terror təşkilatı olaraq qəbul edildiyi xatırlanır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm