Almaniyadakı yəhudilər yenidən təhlükədə - FOTOLAR
Bizi izləyin

Dünya

Almaniyadakı yəhudilər yenidən təhlükədə - FOTOLAR

Almaniyadakı yəhudi təşkilatları həyəcan tıəbili çalırlar - ölkədə antisemitizm güclənir.

On illər boyu Almaniyada antifaşist təbliğatının getməsinə, liderlərin Holokostun bir də təkrarlanmayacağına söz verməsinə baxmayaraq, yəhudilər narahatlıq içindədirlər. İş o həddə çatıb ki, yəhudilərin dini bayramı “Yom-Kipur” keçirilən ərəfədə Almaniyadakı bütün sinaqoqları silahlı polis qoruyacaq.

2011-ci ildə Almaniyada Eve Bollun çəkdiyi “Osvensim” filminin premyerası oldu. Bədii cəhətdən film çox zəifdir. Təsadüfi deyil ki, almanlar Bollu bütün zamanların və xalqların ən fərsiz rejissoru adlandırırlar. Ancaq bir istisna vardı. Filmdə faşitlərin yəhudiləri öldürməsi çox realist çəkilib. Həddən artıq qəddar səhnələr var. Məsələnin maraqlı tərəfi isə filmə baxan alman məktəblilərin rəyləri olub –“Hitler yəhudiləri öldürüb, ancaq harada və necə, bilmirəm”, “Yəhudilər işləmək istəmirdi, ona görə onları düşərgələrə göndəriblər.”

Bəziləri isə Holokostun nə anlam verdiyini belə bilməyib. Bir şagird isə Holokostun ucuz divar kağızı olduğunu bildirib.

Bu səbəbdən ictimai təşkilatlar da həyəcan təbili çalır. Gənclərlə daha çox işləmək lazımdı. Antisemitzm Almaniyada əvvəllər də vardı. Ancaq onun bu dərəcədə artması, hətta küçə iğtişaşlarına çevrilməsini heç kim gözləmirdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm