“DXR” və “LXR” arasında müharibə başladı
Bizi izləyin

Dünya

“DXR” və “LXR” arasında müharibə başladı

“Donetsk Xalq Respublikası” separatçı qurumun döyüşçüləri Rusiyadan narazılıq edib.

Publika.az-ın verdiyi xəbərə görə, Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində narazılığın “Luqansk Xalq Respublikası”nın Rusiyadan daha çox resurs alması ilə bağlı olduğunu yazıb.

“DXR terror qruplarının komandirləri iddia edilər ki, onlar Luqansk vilayətini qərbdən Ukrayna qoşunlarının hərəkətləri üçün bağlayıb, ancaq Rusiyadan ötürülən resursların əsas hissəsi “Luqansk Xalq Respublikası”na gedir”, - deyə hərbi ekspert “facebook” səhifəsində qeyd edib.

Ekspert həmçinin bildirib ki, yerli əhali arasında könüllülərin cəlb edilməsi məqsədi ilə aktiv təşviqat işi aparılır. Əsas motivasiya isə onların müntəzəm qidalanması və “kazarmalar”da yaşamasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm