Obama tibb bacısını qucaqlayıb öpdü
Bizi izləyin

Dünya

Obama tibb bacısını qucaqlayıb öpdü

ABŞ prezidenti Barak Obama Ebola virusuna yoluxmuş xəstələrlə işləyən tibb bacısını qucaqlayaraq öpüb. Publika.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb. Dövlət başçısı bunu nazir və yüksək çinli məmurlarla görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edərkən bildirib.

Obamanın sözlərinə görə, Ebola virusu ilə bağlı problem olduğundan çox şişirdilir. Orta amerikalı üçün bu virusa yoluxmaq ehtimalı çox zəifdir. O, sınaq üçün Ebolaya yoluxmuş iki amerikalı xəstənin müalicə aldığı Emori Universitetində olub:

“Emoridə mən təkcə həkimlərlə deyil, bu virusa yoluxmuş xəstələri müalicə edən bir neçə tibb bacısıları ilə də görüşdüm, qucaqlayıb öpdüm. Mən özümə qarşı heç bir təhlükə hiss etmədim”.

ABŞ prezidenti həmçinin bildirib ki, bu virus da qrip kimidir, o heç də bizim düşündüyümüz qədər təhlükəli deyil. O, asqırma və öskürək vasitəsilə keçir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm