Amerikalı ekspert: “Yaxın Şərq problemlərinin həlli ABŞ-ın əlində deyil”
Bizi izləyin

Dünya

Amerikalı ekspert: “Yaxın Şərq problemlərinin həlli ABŞ-ın əlində deyil”

“ABŞ öz səhvlərini oxumur və yenidən uduzur”.

Publika.az-ın verduiyi xəbərə görə, belə bir qənaətə ABŞ-ın “Foreign Policy” jurnalında məqalə ilə çıxış edən beynəlxalq münasibətlər üzrə professor Qondon Adams gəlib.

“Amerika siyasətləri tarixdən dərs çıxara bilmir və buna görə də fasiləsiz müharibələr aparır. Hansı ki, bu müharibələrdə qələbə qazanmaq mümkün deyil ABŞ-ın təhlükəsizliyinə son dərəcə mənfi təsir edir”, - deyə amerikalı professor yazır.

Ekspert hesab edir ki, Əfqanıstan və İraq müharibələri, hazırda isə Orta Şərqdə baş verənlər ABŞ-ın Vyetnam müharibəsindən dərs çıxarmamasının nəticəsidir.

“Biz nə vaxt anlayacağıq ki, başqa ölkələrdə yaşayan insanların problemlərini onlar üçün həll etmək cəhdləri uğursuz strategiyadır və Amerikanın təhlükəsizliyinə töhfə vermir?” - məqalə müəllifi Vaşinqtonun qarşısına ritorik sual qoyur.

Q.Adamsın fikrincə, ABŞ hakimiyyəti üçün artıq anlamaq vaxtıdır ki, Yaxın Şərq problemlərinin həlli onların əlində deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm