Ukrayna ordusu növbəti itkilərini verib
Bizi izləyin

Dünya

Ukrayna ordusu növbəti itkilərini verib

Separatçılar Luqansk vilayətinin Kaştanovoe, Nijneye, Zolotoye, Xoroşey, Smekoye yaşayış məntəqələrində Ukrayna ordusunun blokpostlarına hücüm edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, “Şimal” operativ komandanlığının mətbuat mərkəzindən bildirilib.

Separatçılar həmçinin gün ərzində Ukrayna Milli Qvardiyasının blokpostlarına bir neçə dəfə hücum təşkil edib. Ümumilikdə separatçılar və Rusiya Federasiyası hərbçilərinin atəşkəs rejimini təxminən 40 dəfə pozduğu bildirilir.

Döyüşlərdə Ukraynanın bir hərbi qulluqçusu həlak olub, 5-i isə yaralanıb. “Silah və texnika itkisinin miqdarı dəqiqləşdirilir. Bir “T-64” tankı və bir “URAL 4320” yük avtomobilinin itkisi dəqiqdir”, - deyə mətbuat mərkəzindən xəbər verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm