İŞİD: "PKK-nı ona görə vururuq ki..."
Bizi izləyin

Dünya

İŞİD: "PKK-nı ona görə vururuq ki..."

Sekulyar təməlinə görə PKK-nın gələcəkdə Avropanın Xaçlı qruplarının ən böyük müttəfiqi olacağını bildirən İŞİD Kobanini buna görə hədəfə götürüb.

Publika.az “haberinbizden.com”a istinadən xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatının internetdə ingiliscə yayımlanan “Dabıq” adlı jurnalının üz qabığında öz bayraqlarını Vatikanın məşhur Petrus meydanından asılmış vəziyyətdə göstəriblər. Şəkil Fotoşop proqramı vasitəsi ilə hazırlanıb.

Adını Suriyanın Dabıq şəhərindən götürən jurnal elan edilən xilafətin rəsmi mətbu orqanı kimi tanınıb.

Jurnalda İŞİD-in PKK-nı niyə vurduğuna dair bu açıqlama verilib:

“Niyə PKK-nı vururuq? Çünki xaçlıların gələcək müttəfiqləridir. Marksist və dinsiz bir təşkilat olan PKK sekulyar təməlinə görə gələcəkdə Avropanın xaçlı qruplarının ən böyük müttəfiqi olacaq. Məhz buna görə Kobanini hədəfə götürdük”.

Xatırladaq ki, bir aydan çoxdur İŞİD, PKK terror təşkilatının Suriya qolu olan YPG-nin nəzarətindəki Kobani şəhərinə hücumlar edir. Şəhəri tamamilə mühasirəyə alan İŞİD bir həftəyə yaxındır ki, mərkəzə tərəf irəliləməyə can atır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm