ABŞ-dan bəd xəbər: “İran və “altılıq” razılaşa bilməyəcək”
Bizi izləyin

Dünya

ABŞ-dan bəd xəbər: “İran və “altılıq” razılaşa bilməyəcək”

Beynəlxalq vasitəçilərin təmsil olunduğu “altılıq” və İran nüvə proqramı üzrə razılaşmanın son mətnini müəyyən olunmuş vaxta kimi uyğunlaşdıra bilməyəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib.

Dövlət Administrasiyası nümayəndəsinin sözlərinə görə, danışıqlarda müəyyən olunan qrafikə riayət etmək çox əhəmiyyətlidir.

Qeyd edək ki, 24 noyabr 2013-cü il Cenevrədə keçirilmiş görüşdə 20 iyul tarixinə qədər İranın nüvə proqramının sülh xarakterini zəmanət verən sənədin hazırlanması barədə razılıq əldə olunub. Lakin müəyyən olunmuş vaxta kimi sənədi hazırlamaq mümkün olmayıb. Təyin müddəti sonradan 24 noyabr 2014-cü ilə qədər uzadılıb.

Lakin iki tərəfin “qırmızı xət”lərlə bağlı bəyanatları son müddətə kimi də razılığın əldə olunmayacağını deməyə əsas verir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bir müddət əvvəl bildirib ki, İran Ərak ağır su nüvə reaktorun məsələsi danışıqlarda əsas əngəl daşıdır. Bundan başqa, nazir müavininin sözlərinə görə, nüvə sentrifuqaların sayı əvvəlki kimi mübahisəli məsələ olaraq qalır. O, danışıqların əvvəlki raundlarında tərəflərin uranın zənginləşdirilməsinin maksimal səviyyəsinin 5 faiz olacağı barədə razılaşdlğını xatırladıb.

Xatırladaq ki, İranla nüvə proqramı üzrə danışıqlar aparan “altılığa” Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə) və Almaniya daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm