Avropanın daha bir ölkəsi Ankaranın düşməninə silah verəcək
Bizi izləyin

Dünya

Avropanın daha bir ölkəsi Ankaranın düşməninə silah verəcək

“İslam Dövləti” (İŞİD) qruplaşması ilə döyüşən PKK terror təşkilatına bu günə qədər silah yardımına qarşı çıxan Almaniyadan fərqli səslər yüksəlməyə başlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, “Spiegel Onlune” nəşrinə danışan Xristian Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Volker Kauder ilk dəfə PKK-ya silah göndərilə biləcəyini deyib.

Almaniya kansleri Angela Merkelə yaxın şəxslərdən biri olaraq tanınan V.Kauder qeyd edib ki, İŞİD-ə qarşı döyüşdə peşmərgə gücləri ilə yanaşı, PKK və digər kürd qruplara da silah göndərilə bilər.

Qeyd edək ki, Almaniya son bir gün ərzində kürd terrorçu qruplara silah göndərmək istədiyini ifadə edən ikinci Avropa dövlətidir. Dünən Fransa Suriyanın Kobani bölgəsində İŞİD terror qruplaşmasına qarşı döyüşən kürd özünümüdafiə dəstələrinə (YPG) silah göndərəcəyini açıqlayıb. YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qoludur. Fransanın kürdlərə edəcəyi silah yardımı isə bir terror təşkilatına yardım anlamına gəlir.

Hökumət sözçüsü Stefane Le Folle isə Fransanın kürdlərə hansı silahları və hansı yolla göndərməyi planlaşdırdığı barədə açıqlama verməyib.İŞİD-in İraqdakı hədəflərini vuran Fransa təyyarələri Suriyadakı əməliyyata qatılmır.

PKK terror təşkilatına silah göndəriləcəyi halda Ankaranın reaksiyasını xatırladan jurnalistin sualına cavab olaraq V.Kauder bunları söyləyib: “Türkiyənin PKK ilə problemlərinin olduğunu bilirik. Amma dünya üçün böyük təhlükəyə çevrilən İŞİD-in sərhəd bölgəsindəki şəhərləri ələ keçərməsini izləmək həll yolu deyil. Başqa qrupların da dəstəklənilməsi üçün qapını açıq saxlamalıyıq. Buna PKK-nın da dəstəklənilməsi daxildir. Təbii ki, bütün hallarda silah yardımında risklər var. Göndərilən silahların istənilən ünvana çatdırılacağını da tamamilə zəmanət vermək olmaz. Ancaq İŞİD dayandırılmazsa, risk çox daha böyük olacaq”.

PKK-nın hələ də Avropa ölkələri üçün terror təşkilatı statusunda olmasına gəlincə, alman parlamentari İŞİD-in PKK-an daha böyük təhlükə olduğunu deyib.

Rəsmi Ankara isə İŞİD təhlükəsi fonunda PKK terror təşkilatının ABŞ müttəfiqinə çevrilməsindən ciddi narahatdır.

“Röyters” xəbər agentliyi PKK-nın ABŞ-ın gözlənilməz müttəfiqi olduğunu yazıb.

“Vaşinqton İŞİD-ə qarşı döyüşdə gözlənilməz bir müttəfiq qazandı. Bunlar normalda terrorçu olaraq xarakterizə edilən bir qrup döyüşçüdür. PKK 30 ildir ki, Türkiyə dövlətinə qarşı apardığı qeyri-qanuni mübarizəyə görə pislənilir. Hazırda isə İraqdakı cihadçı silahlıların məğlubiyyətə uğradılmasında önəmli rol oynayır”, - agentliyin xəbər analizində qeyd olunub.

Agentliyə danışan avropalı bir diplomat isə düşünür ki, PKK-nın İraqdakı fəaliyyəti onun Avropa Birliyinin (AB) terror siyahısından çıxarılmasına kömək edə bilər. Ancaq diplomat AB-nin Türkiyə ilə razılaşmadan PKK-nın terror təşkilatları siyahısından çıxarılmasının qeyri-mümkün olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm