İŞİD Kobanidən geri çəkilir
Bizi izləyin

Dünya

İŞİD Kobanidən geri çəkilir

Terror təşkilatının Kobanidəki bəzi mövqelərindən geri çəkildiyi bildirilib.

İŞİD şəhərin 20%-ni itirib. Ancaq Pentaqondan verilən açıqlamaya görə, Kobaninin hələ də boşaldılma riski var.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “BBC”yə açıqlama verən Kobanidəki səlahiyyətli şəxs, milliyyətcə kürd olan İdris Nassan son günlərdə İŞİD-in (İraq Şam İslam Dövləti) şəhərə nəzarətinin 20%-dən çoxunu itirdiyini deyib.

“BBC Türkcə”nin xəbərinə görə, Nassan, Kobaninin şərqində və cənub şərqində YPG qüvvələrinin İŞİD-in çəkildiyi bölgələrə girib yeni sipərlər qurmağa başladığını bildirib.

ABŞ Müdafiə Nazirliyindən bir səlahiyyətlinin verdiyi məlumata görə, ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinin hava hücumları intensivləşib və nəticədə yüzlərlə İŞİD yaraqlısı öldürülüb.

Türkiyə-Suriya sərhədində olan “BBC” müxbiri Kasra Naji kürdlərin əhvalının yaxşı olduğunu və bir neçə gün içərisində Kobaninin İŞİD-çilərdən tamamilə təmizlənəcəyini düşündüklərini deyib.

Hələ də Kobaninin buraxılma riski var

Bu sözlər ABŞ Müdafiə Nazirliyi Pentaqonun sözçüsü Con Kirbiyə məxsusdur. Kirbi “İŞİD-ə qarşı əldə etdiyimiz bütün uğurlara rəğmən, Kobaninin boşaldılma riski hələ də qüvvədədir” deyib.

Kirbi, “İŞİD Kobanini istədiyinin açıq şəkildə göstərir və bölgəyə yeni yaraqlılar göndərməyə çalışır” deyib.

Koalisiya qüvvələrinin koordinatoru ehtiyatda olan general Con Allen isə Kobanidə İŞİD-ə qarşı mübarizə aparan kürdlərin dəstəyə ehtiyacının olduğunu deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm