Ukrayna Milli Qvardiyasının “qiyam”ında FTX izi tapıldı - FOTOLAR
Bizi izləyin

Dünya

Ukrayna Milli Qvardiyasının “qiyam”ında FTX izi tapıldı - FOTOLAR

Bir neçə gün bundan əvvəl Ukrayna prezident administrasiyasının qarşısında Milli Qvardiya hərbçilərinin etiraz aksiyası keçiriləndə Kiyev barmağını Moskvaya tuşlamış və aksiyanın xüsusi planlaşdırmanın nəticəsi olduğunu bildirmişdi. Ukraynalılar bu iddianı sübut edəcək faktları da artıq ortaya çıxarıblar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı Yuliya Xarlamovanı və onun yeni sevgilisini “qiyam" zamanı Milli Qvardiyanın hərbçiləri arasında görüblər.

Məlumata görə, o, dostu ilə birlikdə Milli Qvardiya əsgərlərinin psixoloji hazırlığı ilə məşğul olur və onları “qiyam”a təhrik edirdi.

Bildirilir ki, Yuliya Donbas hövzəsində vuruşmağa vaxt tapıb və “Rusiç” diversiya dəstəsi ilə birlikdə Luqansk vilayətinin Metallist qəsəbəsində “Aydar” batalyonunun blokpostlarına hücüm edib. Sosial şəbəkədəki profilə görə, 25 yaşlı moskvalı Yuliya Tselinski Lobaçevski adına Universitetdə oxuyub. Evli olan Yuliyanın bir uşağı da var.

Yuliya “Rusiç” dəstəsindəki gələcək terrorçularla hələ 2000-ci illərin ortalarında tanış olub. O, həmin vaxt Rusiyanın millətçi dairələrində kifayət qədər məşhur idi və müxtəlif neofaşist qurultaylarda iştirak edirdi.

FTX-nin əməkdaşı “Mavi səma quzuları” desant yönümlü pravoslav-faşist təşkilatının üzvüdür.

Yuliyanın yeni sevgilisi və partnyoru olan desantçı Aleksey Milçakov Sankt-Peterburq sakinidir. Aleksey məşhur Metallist qəsəbəsində “Aydar” batalyonunun yaralanmış döyüşçüləri üzərində təhqiredici hərəkətləri ilə ad qazanıb.

Donbas hövzəsində müəyyən müddət “xidməti borcu”nu yerinə yetirən Yuliya və Aleksey hazırda Ukraynanın paytaxtında Rusiya xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan aksiyalara yeni iştirakçılar cəlb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm