Rusiya Cənub hərbi dairəsini min tank və BTR-lə gücləndirdi
Bizi izləyin

Dünya

Rusiya Cənub hərbi dairəsini min tank və BTR-lə gücləndirdi

Rusiya Silahlı Qüvvələrinin Qərb hərbi dairəsi son 3 il ərzində mindən çox tank və zirehli transportyor (BTR) alıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qərb hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

“Onların arasında “T-90” və “T-72B3” tankları, “BTR-82A”, “BTR-82AM” və “BMD-4” zirehli texnikalar, həmçinin “BREM-K” tank yedəkçiləri daxildir”, - deyə mətbuat xidmətinin xəbərində deyilir.

Hərbi dairənin hərbi hissələri həmçinin “Ural-Motovoz" və “Kamaz-Mustanq” ailəsindən olan 6 mindən çox yük maşını alıb. Bu ildən başlayaraq, Cənub hərbi dairəsinin hərbi hissələrinə “Tayfun” ailəsindən olan zirehli yük avtomobillərinin çatdırılmasına başlanılıb.

2010-cu ildəki struktura görə quru qoşunları, hərbi hava qüvvələri və donanma 4 hərbi dairəyə bölünüb. Bunlar Qərb hərbi dairəsi, Şərq hərbi dairəsi, Mərkəzi hərbi dairəsi və Cənub hərbi dairəsidir. Ukrayna böhranı fonunda yaranan Rusiya-Qərb qarşıdurması Moskvanı Qərb hərbi dairəsinin gücləndirilməsinə daha çox diqqət yetirməyə vadar edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm