Avropada “at əti” qalmaqalı yenidən başladı
Bizi izləyin

Dünya

Avropada “at əti” qalmaqalı yenidən başladı

Ötən il bütün Avropanın bürüyən “at əti” qalmaqalı yenidən ortaya çıxdı.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Böyük Britaniya mütəxəssisləri Bolqarıstandan idxal olunan və donuz ətindən hazırlandığı deyilən kolbasanın tərkibində at əti aşkarlayıb.

Kolbasanın tərkibində at ətinin 50 faiz təşkil etdiyi bildirilir. Böyük Britaniyaya kolbasanı idxal edən şirkət isə beş min funt-sterlinq cərimələnib.

Xatırladaq ki, Avropada 2013-cü ildə İspaniyanın “AhorraMas” və İrlandiyanın “Silvercrest Foods” şirkətlərinin hazırladığı ət məhsullarında at əti aşkarlanmışdı. Amma həmin məhsulların mal ətindən hazırlandığı deyilirdi.

Bir sıra yoxlamalardan sonra at əti bir sıra Avropa Birliyi ölkələrinin, xüsusi olaraq Fransa, Almaniya, İtaliya və İsveçdə mal əti məhsullarında aşkar edilmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm