Çində torpaq davası: 4 nəfər diri-diri yandırıldı
Bizi izləyin

Dünya

Çində torpaq davası: 4 nəfər diri-diri yandırıldı

Çinin cənubundakı Yunnan əyalətinin cənubi-qərbində yerli kəndlilər dörd inşaatçını diri-diri yandırıb, daha iki nəfəri isə ölümcül döyüblər.

Publika.az xəbər verir ki, bu barədə Çin hakimiyyətinə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Hadisə kəndlilərlə onların torpaq sahəsində yerli hökumətin sifarişi əsasında anbar tikən sahibkar arasında yaranan narazılıqdan sonra baş verib. Kəndlilər torpağa görə, onlara ödənilən kompensasiyadan narazılıq ediblər.

Yandırılan inşaatçılar da tərəflər arasındakı atışmanın iştirakçısı olublar. Kəndlilər kustar üsulla hazırlanmış partlayıcı qurğuları atmağa başlayıb. Toqquşmalar nəticəsində 18 nəfər ciddi zədə alıb. Hadisə yerində kəndin iki sakini həlak olub. Toqquşmadan sonra inşaatda çalışan dörd işçi oğurlanıb və üzərinə benzinlə tökülərək yandırılıb.

Polis hadisə ilə bağlı tətqiqata başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm