236 tibb işçisi Ebola virusundan ölüb
Bizi izləyin

Dünya

236 tibb işçisi Ebola virusundan ölüb

Afrika ölkələrini bürüyən Ebola virusuna 427 tibbi işçi yoluxub.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dünya Səhiyyə Təşkilatının nümayəndəsi İzabell Nuttall onlardan 236-nın öldüyünü bildirib.

Vəziyyətin olduqca ciddi olduğunu deyən beynəlxalq təşkilatın nümayəndəsi, virusa yoluxma hallarının hər dörd həftədən bir iki dəfə artdığını deyib. İ.Nuttall qeyd edib ki, ən çətin vəziyyət Liberiya, Syerra- Leone və Qvineyadadır.

“Qonşu ölkələrdə Ebola virusuna yoluxma haqqında təsdiq edilmiş heç bir məlumat yoxdur. Ancaq virusun yayılmasına hər zaman hazır olmalıyıq. Virusun yoluxma mərkəzləri ilə həmsərhəd olan ölkələrlə işləyirik. Əmin olmalıyıq ki, xəstəliyin yayılmasının qarşısının alınması üçün onlarda lazım olan bütün vasitələr var. Söhbət Qvineya-Bisau, Mali, Seneqal, Benin, Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Qambiya, Mavritaniya, Nigeriya və Cənubi Sudandan gedir”, - deyə o, vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm