Kiyev Navalnıy və Xodorkovskinin cavabını verdi
Bizi izləyin

Dünya

Kiyev Navalnıy və Xodorkovskinin cavabını verdi

“Ukrayna Navalnıy və Xodorkovski Rusiya prezidenti olana kimi Krımı qaytaracaq”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informsiya-analitik mərkəzinin nümayəndəsi Andrey Lısenko Rusiya müxalifət lideri Aleksey Navalnıyın Krımla bağlı son fikirlərini şərh edərkən deyib.

“Rusiya müxalifətçiləri Aleksey Navalnıy və Mixail Xodorkovski Rusiya Federasiyası prezidenti olanda Krım artıq Ukraynanın tərkibinə qayıdacaq. Mən buna çox əminəm ki, Krım bizim olacaq. Onlara Krımı qaytarmaq lazım olmayacaq", - deyə A.Lısenko bildirib.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən olan Navalnıy “Exo Moskvı” radiostansiyasına müsahibəsində Rusiya prezidenti olacağı halda Krımı Ukraynaya qaytarmayacağını deyib.

“Hesab edirəm ki, Krım Rusiyanın bir hissəsidir. Baxmayaraq ki, Krım bütün beynəlxalq normaların pozulması ilə tutulub. Gəlin özümüzü aldatmayaq. Ukraynalılara da məsləhət görürəm ki, özlərini aldatmasınlar. Krım Rusiyanın hissəsi kimi qalacaq və bundan sonra heç vaxt Ukraynanın hissəsi olmayacaq”, - deyə Navalnıy bildirib.

Müxalifət lideri Rusiya prezidenti Vladimir Putini sərt tənqid edənlərdən olsa da, dövlət başçısının müdafiə etdiyi “rus dünyası” ideyasını dəstəkləyir. Navalnıy daha əvvəl “rus dünyası”nın digər bir məddahı, yenicə həbsdən çıxan oliqarx Xodorkovski ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm