Putin və Poroşenkonun üçüncü dueli Milanda baş tutacaq
Bizi izləyin

Dünya

Putin və Poroşenkonun üçüncü dueli Milanda baş tutacaq

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenko ilə bu gün İtaliyanın Milan şəhərində görüşəcək.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezidentlərin üçüncü görüşü çoxtərəfli formatda keçiriləcək.

Görüşdə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, İtaliyanın baş naziri Matteo Rensi, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa Aurasının prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu iştirak edəcək.

Xatırladaq ki, Putin və Poroşenko arasında birinci görüş 6 sentyabr tarixində Normandiyada keçirilib. F.Olland və A.Merkelin də qatıldığı görüş 15-dəqiqə davam edib və tərəflər ikitərəfli danışıqların başlanması haqqında razılaşıb.

Prezidentlərin ikinci görüşü Minskdə 26 avqustda baş tutub. Təkbətək keçirilən görüş iki saat davam edib. Görüşün nəticəsinə görə sonradan Donbas hövzəsində barışıq üçün “yol xəritəsi” hazırlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm